Əsas Səhifə > Manşet / Rəsmi > 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində məcburi köçkünlərlə görüş keçirilib -
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində məcburi köçkünlərlə görüş keçirilib -26-12-2017, 21:07 |
Xalqın arasında olmaq, əhalini narahat edən problemləri onların dilindən eşitmək məqsədilə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun sakinlərlə və məcburi köçkünlərlə keçirdiyi görüşlər artıq ənənə şəklini alıb. Belə ki, icra başçısı mütəmadi olaraq məcburi köçkünlərin yerləşdiyi yaşayış məntəqələrinə gedir, mövcud çatışmazlıqları yerindəcə öyrənərək lazımi tapşırıqlar verir. Bu gün rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bayram ərəfəsində Qazaxbəyli kəndində məcburi köçkünlər üçün yeni salınmış qəsəbədə olub. Görüşə toplaşanlar icra başçısını böyük səmimiyyətlə və öz doğmaları kimi qarşılayıblar. Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qəsəbə sakinlərini salamlayıb, qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edib, ən xoş arzularını çatdırıb. Qeyd edib ki, bu gün mən özümə borc bildim ki, gəlib sizlərin bayramını təbrik edim, sizi narahat edən problemlərlə maraqlanım, sizləri dinləyim. Bilirsiniz ki, 2017-ci il artıq başa çatmaq üzrədir. Qarşıdan yeni il gəlir. Mən deyərdim ki, 2017-ci il bizim üçün hər bir sahədə uğurlu oldu. Elə bir sahə olmaz ki, diqqətdən kənarda qalsın. Bunu istər sosial obyektlərin inşası, istər kənd təsərrüfatının inkişafı, istərsə də təhsil, səhiyyə, idman sahəsində əldə etdiyimiz nailiyyətlər söyləməyə əsas verir. Bildiyiniz kimi, Ölkə Başçısı İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Birinci Şıxlı kəndli-fermer təsərrüfatında, eyni zamanda rayonumuzda barama, tütün, kartof və taxıl sahələrindən götürdüyümüz bol məhsuldarlıq sayəsində deyə bilərik ki, 2017-ci il kənd təsərrüfatı üçün məhsuldar bir il oldu. İcra Başçısı bildirib ki, 2017-ci il həm də Qazax rayonu üçün tikinti-quruculuq ili kimi də yadda qaldı. “Azərxalça” ASC tərəfindən inşa edilən və tam hazır olan xalça fabriki, “Mətanət A” şirkəti tərəfindən Daş Salahlı kəndində tikilən Əhəng zavodu, “Carçıoğlu GROUP” MMC tərəfindən Xanlıqlar kəndi ərazisində inşa edilən elektrod zavodu, rayonumuzda inşa edilən 145 çarpayılıq Mərkəzi Xəstəxana binası, əsaslı şəkildə təmir edilən Kosalar kəndindəki 2 və 3 saylı körpələr evi-uşaq bağçaları, Xanlıqlar kənd körpələr evi-uşaq bağçası, Daş Salahlı kəndindəki 2 saylı uşaq bağçası və 3 saylı körpələr evi-uşaq bağçası, sərhəd kəndi olan Cəfərli kəndində əsaslı təmir edilərək istifadəyə verilən uşaq bağçası, bu günlərdə Qazax şəhərində açılışını etdiyimiz 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçası 2017-ci ilin uğurlu il olmasının ən bariz nümunəsidir. Mən çalışacağam ki, 2018-ci ilin oktyabr ayına kimi rayonda bütün bağçalar əsaslı şəkildə təmir olunaraq ən yüksək səviyyəyə çatdırılsın. Bundan əlavə, bu yaxınlarda kənd sakinlərinin rahatlığını təmin edəcək 3 kəndin – Çaylı, Kommuna və Hüseynbəyli kənd yollarının açılışını etdik. Qazaxbəyli, Ürkməzli, Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Bala Cəfərli, Ağköynək, Qarapapaq, Çaylı, Kommuna kəndlərinə içməli su çəkildi. Daş Salahlıda isə bu proses başa çatmaq üzrədir. Rayonumuzda keçirilən “Ordumuz-qürurumuz, xalqımız-dayağımız” adlı möhtəşəm hərbi-vətənpərvərlik tədbirindən söz açan Rəcəb Babaşov bildirib ki, bu tədbiri keçirməkdə əsas məqsədimiz düşmənlə sərhəddə yerləşən Qazaxda ordu ilə xalqın birliyini, həmrəylini göstərmək idi. Xalqımızın öz ordusunun arxasında necə mətin dayandığını bütün dünyaya sübut etmək idi. Tədbir iştirakçılarını, rayonumuza gələn qonaqları Şəhidlər Xiyabanına aparmaqla şəhidlərimiz haqqında məlumat vermək idi. Mən istədim ki, bu gün 285 şəhidi olan Qazaxı rayonumuza gələn qonaqlar olduğu kimi tanısın, şəhidlərimizi yad etsin. Bu il rayonumuzda məktəblilərin bilik günündə ilk dərsə Şəhidlər Xiyabanını ziyarət etməsi kimi bir ənənənin əsasını qoyduq. İcra Başçısı qeyd edib ki, fəaliyyətə başladığım ilk gündən məcburi köçkünlərə, müharibə veteranlarına, əlillərə, şəhid ailələrinə, aztəminatlı ailələrə hər zaman xüsusi diqqət və qayğı göstərmişəm. Şəhid ailələrinə arxa, dayaq olmaq, hər cür qayğı göstərmək üçün əlimdən gələni etmişəm. Çünki torpalarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən oğul və qızlarının xatirəsini əziz tutmaq hər birimizin ən ümdə vətəndaşlıq borcudur. Bu gün sizinlə görüşməyimin əsas məqsədi də bayramlar münasibətilə təbrik etməklə yanaşı, sizi narahat edən məsələləri elə sizin öz dilinizdən eşitmək və onları aradan qaldırmaqdır. Barxudarlı kənd sakini Hüseyn Yunisov, Bağanıs Ayrım kənd sakinlərindən Xanım Poladova, ağsaqqal Şəmil Adıgözəlov, Türkan Adıgözəlova, Ramiz Adıgözəlov, Sədaqət Adıgözəlova, Yuxarı Əskipara kənd sakinlərindən Ramin Tağıyev, Nüsrət Hacıyev və Güllər Əhmədova söz alaraq qarşıdan gələn bayramlar münasibətilə rayon rəhbərliyini səmimi qəlbdən təbrik edib, onlarla görüşə gəldiyinə görə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova minnətdarlıq dolu ən səmimi ürək sözlərini çatdırıblar. Çıxış edənlər məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə bütün qəsəbə sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, bu gün sizin qəsəbəyə gələrək biz məcburi köçkün sakinlərini dinləməyiniz bizim üçün ən böyük mənəvi dəstəkdir. Sakinlər onları narahat edən məsələlərdən də söz açıblar. Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri diqqətlə dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində göstəriş verib və bildirib ki, həmin məsələlər yaxın günlərdə öz həllini tapacaqdır. Sonra rayon rəhbərliyi məcburi köçkünlərin məskunlaşdığı “Göy bina” deyilən yaşayış massivində olub. Burada da sakinlər İcra Başçısını böyük səmimiyyətlə qarşılayıblar. İcra Başçısı Rəcəb Babaşov çıxış edərək bu ərazidə məskunlaşan sakinləri də bayramlar münasibətilə səmimi qəlbdən təbrik edib, ən xoş arzularını bildirib. Qızıl Hacılı kənd sakini Sənubər Əzizova, Bağanıs Ayrım kənd sakinlərindən ağbirçək Müşkünaz Aslanova, Yaşar Əsgərov və başqaları rayon rəhbərliyini salamlayıb, bayram təbrikinə və onlarla görüşə gəldiyinə görə öz dərin təşəkkürlərini çatdırıblar. Qeyd ediblər ki, sizin hər gəlişiniz bizim üçün bayramdır. Sakinlər bildiriblər ki, 2017-ci il bizim üçün də yaddaqalan oldu. Belə ki, bizim yaşadığımız iki çoxmərtəbəli binada əsaslı təmir işləri görüldü və bina demək olar ki, başdan-başa yenidən quruldu. Binanın tavanı, döşəməsi, pəncərələri, qapıları yeniləndi, blok və pilləkənləri təmir olundu. Bir sözlə, bina öz görkəmini köklü şəkildə tamamilə dəyişdi. Çıxış edənlər yaşadıqları binaların yüksək səviyyədə təmir olunmasına görə Ölkə Başçısı İlham Əliyevə, rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər. GOYEZEN.AZ Geri qayıt |