Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda vətəndaş qəbulları diqqətdə saxlanılır - Fotolar

Qazaxda vətəndaş qəbulları diqqətdə saxlanılır - Fotolar


1-07-2024, 21:31


Ölkə Prezidenti İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqət mərkəzindədir.

Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində, rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin  birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və  həlli nəzarətə götürülür.

Onu da qeyd edək ki, vətəndaş mımnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, rayon İcra Hakmiyyətinin inzibati binasında və yerlərdə vətəndaşların səyyar qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir.

Keçirilən qəbullardan sonra rayon İcra Hakmiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları tərəfindən, qəbullar zamanı edilən müraciətlər, vətəndaşların iştirakı ilə yerində araşdırılır, mövcud problemlərin həlli istiqamətində müvafiq əməli tədbirlər həyata keçirilir.

2024-cü ilin iyun ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının yerlərdə 4 səyyar görüşü, inzibati binada 4 qəbulu (3-ü fərdi, 1-i ümumi şəkildə olmaqla) təşkil olunub. Ümumi qəbulda 8 nəfərin, fərdi qəbulda 4 nəfərin müxtəlif məzmunlu müraciətləri dinlənilmişdir. İyun ayı ərzində fərdi və ümumi qəbula gələn 12 nəfər tərəfindən 13 məsələ qaldırılmışdır. Yanvar-iyun aylarında keçirilən qəbullarda 244 nəfər vətəndaş tərəfindən 254 məsələ qaldırılmışdır. Qəbul zamanı vətəndaşlar əsasən işlə təmin olunmasına, mənzil, torpaq, əlillik dərəcəsinin təyini və ünvanlı sosial yardım, maddi yardım, müalicə olunmasına köməklik göstərilməsi ilə bağlı müraciət etmişdir. 

İyun ayında icra başçısının Qazax şəhəri Bakı küçəsi 1,2,2A, Şəhidlər Xiyabanı küçəsi 25,27 ünvalarında, rayonun Quşçu Ayrım və Məzəm kəndləri üzrə 279 nəfər sakinin iştirakı ilə keçirilən görüşlərdə 10 müraciət qeydə alınmışdır. 

2024-cü ilin yanvar-iyun aylarında Qazax şəhəri M.Ə.Rəsulzadə küçəsi, hərbi şəhərcik, Ş.Xiyabanı 12,14,25,27, Azadlıq 92, Bakı 1,2,2A, Qazaxbəylidə məcburi köçkünlərin məskunlaşdığı Yeni qəsəbə, rayonun Xanlıqlar, Kəmərli, Qaymaqlı, Yuxarı Salahlı, Qazaxbəyli, Bala Cəfərli, Dəmirçilər, Daş Salahlı, Ağköynək, Aslanbəyli, Bala Çaylı, Aşağı Salahlı, Canalı, Birinci Şıxlı, Fərəhli, Ürkməzli, Quşçu Ayrım, Məzəm kəndləri üzrə 24 səyyar görüş olub. Ümumilikdə, şəhər və rayonun kəndlərində keçirilən səyyar görüşlərdə 2611 nəfər vətəndaş iştirak etmişdir. Sözügedən görüşlərdə 55 məsələ qaldırılmışdır. 

Səyyar qəbullarda vətəndaşlar əsasən elektrik məsələsi (elektrik enerjisi ilə təchizat, elektrik dayaqlarının dəyişdirilməsi və s.), suvarma suyu (sahilbərkitmə işlərinin aparılması, subartezian quyusunun qazılması (balansa verilməsi), suvarma arxlarının beton üzlüyə alınması və s.), avtomobil yolunun təmiri (əsaslı təmiri, asfaltlanması), təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin tikintisi, təmiri, içməli su və kanalizasiya məsələləri, qaz təchizatı ilə bağlı müraciət etmişdir.

İstər keçirilən fərdi və ümumi qəbullar, istərsə də səyyar görüşlər zamanı səslənən müraciətlərdən bir qismi həll olunmuş, bir qismi icraata götürülmüş, bir qismi ilə əlaqədar aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına müraciət edilmişdir. 

Səyyar qəbullarda İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, digər rəhbər şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri və bir qrup ictimai fəallar iştirak edib.

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə bağlı Tədbirlər Planına uyğun olaraq, rayonda silsilə tədbirlərin həyata keçirilməsi və Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə sakinlərə ətraflı məlumat verilib.

Fərdi şəkildə keçirilmiş qəbuldan


Ümumi şəkildə keçirilmiş qəbuldan

Quşçu Ayrım kəndində keçirilmiş səyyar qəbuldan

Qazax şəhəri Bakı 1,2,2A saylı binalarda yaşayan sakinlərlə keçirilmiş səyyar qəbuldan

Məzəm kəndində keçirilmiş səyyar qəbuldan

Qazax şəhəri Şəhidlər Xiyabanı 25,27 saylı binalarda yaşayan sakinlərlə keçirilmiş səyyar qəbuldan


Geri qayıt