Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda icra başçısının vətəndaşlarla keçirilən növbəti səyyar görüşü sərhəddə yerləşən Məzəm kəndində olub
Qazaxda icra başçısının vətəndaşlarla keçirilən növbəti səyyar görüşü sərhəddə yerləşən Məzəm kəndində olub20-06-2024, 22:58 |
Prezident İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır. Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür. Ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr bir daha onu sübut edir ki, ölkəmizdə hər zaman vətəndaş amili, onların məmnunluğu əsas götürülür. Həmçinin, ölkə başçısının tapşırıq və tövsiyəsinə əsasən şəhər və rayonlarda sakinlərlə keçirilən səyyar qəbullar da məhz bu məqsədi daşıyır. Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir. Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının 2024-cü ilin iyun ayı üzrə vətəndaşlarla keçirilən növbəti səyyar görüşü sərhəddə yerləşən Məzəm kəndində yaşayan sakinlərlə olub. İyunun 20-də Qazax rayon Məzəm kənd ibtidai məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, əməkdaşlarının, kənd sakinlərinin iştirakı ilə keçirilən görüşdə ölkə rəhbəri tərəfindən vətəndaşlara göstərilən dövlət qayğısından danışılıb, sakinləri narahat edən məsələlər dinlənilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayıb, səmimi ürək sözlərini səsləndirib. “Ölkə başçısının verdiyi tapşırıq və tövsiyənin kökündə bir amil dayanır ki, o da məmur və xalqın bir yerdə olması, vətəndaş məmnunluğunun təmin edilməsidir. Ölkə Prezidenti vətəndaşa səmimi münasibət göstərirsə, bu, hər bir dövlət məmuruna nümunə olmalıdır”, – deyən icra başçısı bugünkü görüşün də bu məqsədi daşıdığını qeyd edib. Görüşün məqsəd və əhəmiyyətindən söz açan icra başçısı sakinlərlə keçirilən səyyar görüşlərin təməlində vətəndaş məmnunluğunun dayandığını qeyd edib. Keçirilən bugünkü səyyar görüşün əsas məqsədinin kənddəki mövcud vəziyyəti kənd sakinlərinin dilindən öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq olduğunu bildirib. İcra başçısı fəaliyyətə başladığı ilk gündən sərhəd kəndlərinə, o cümlədən Məzəmdə yaşayan sakinlərə daim qayğı ilə yanaşdığını, sakinlərin səsləndirdikləri hər bir məsələnin həlli istiqamətində lazımi addımların atıldığını qeyd edib. Kənddə su probleminin olduğunu vurğulayan rayon rəhbəri bu məsələnin daim gündəmdə olan bir məsələ olduğunu söyləyib. Qaymaqlı, Kəmərli, Aslanbəyli kəndlərində su ilə bağlı məsələnin köklü şəkildə müsbət həllini tapması üçün lazımi addımların atıldığını, Məzəm, Quşçu Ayrım kəndlərində də nəzərdə tutulduğunu qeyd edib. “2024-cü ilin 19 aprel, 15 və 24 may tarixləri xalqımızın, qazaxlıların, xüsusilə də doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan sakinlərin yaddaşına qızıl hərflərlə əbədi həkk olundu. "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm“” söyləyən Müzəffər Ali Baş Komandan xalqımıza, qazaxlılara tarixi anlar yaşatdı”, - deyə qeyd edən icra başçısı buna görə Prezident İlham Əliyevə minnətdar olduğumuzu bildirib. İcra başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti sayəsində aprel ayının 19-da Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar zamanı Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılması barədə razılıq əldə olunmasını, mayın 15-də müvafiq protokolun imzalanmasını, mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin ərazilərinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülməsini dövlətimizin, Müzəffər Ali Baş Komandanın növbəti uğuru, zəfəri kimi qiymətləndirib. İcra başçısı Qarabağda həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində həmin torpaqlarımızda olduğu kimi, Qazaxın kəndlərinin də yenidən qurulacağını, yeni evlərin, infrastrukturların inşa olunacağını, çoxsaylı layihələrin icra ediləcəyini, sakinlərin yaxın zamanda doğma yurdlarına qayıdacaqlarını söyləyib. Rayon rəhbəri sərhəddə yaşayan sakinlərə işğaldan azad olunmuş ərazilərdə təhlükəsizlik tədbirləri görülmədən, rəsmi icazə verilmədən, azad olunmuş ərazilərin minalardan təmizlənmədən həmin ərazilərə getməyin qadağan olunduğunu diqqətə çatdırıb, bu işdə hər kəsi məsuliyyətli olmağa çağırıb. İcra başçısı bütün kəndlərimizdən olduğu kimi, Məzəm kəndindən də torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğullarımızın olduğunu, qəhrəman kəndin Birinci Qarabağ müharibəsində şəhid verdiyini bildirib. İcra başçısı istər Birinci Qarabağ, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər vaxtlarda canlarından keçən şəhidlərin xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində əbədi yaşayacağını, əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib. Son illər rayonda, eləcə də kəndlərdə aparılan genişmiqyaslı abadlıq işlərindən danışan rayon rəhbəri Məzəm kəndinin də həmin kəndlər sırasında olduğunu söyləyib. Kəndarası yolların mütəmadi olaraq qreyderlə hamarlanaraq xırlanma işlərinin aparıldığını və bu işlərin davam etdiriləcəyini söyləyib. Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Kənd sakinlərindən şəhid anası Tamella Süleymanova, Süleyman Süleymanov və başqaları onlarla görüşə gəldiyinə, göstərilən qayğıya görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. Ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər. Çıxış edənlər hər zaman Müzəffər Ali Baş Komandana, onun yürütdüyü siyasətə inandıqlarını, Onun müdrik siyasəti, qətiyyətli mövqeyi sayəsində işğal altında olan bütün torpaqlarımızın, o cümlədən Qazaxın kəndlərinin qaytarılacağına əmin olduqlarını söyləyiblər. “Biz sərhəddə yaşayan sakinlər mənfur düşmənin xalqımıza yaşatdıqlarını heç vaxt unutmuruq. Qonşu kəndlərin işğalı zamanı doğma sakinlərimizin başına gətirilənləri bu gün də ürəkağrısı ilə xatırlayırıq. Sərhəddə yaşayan sakinləri düşmən gülləsindən qorumaq üçün istinad divarı çəkildi. Bu gün biz sərhəddə yaşayan sakinlər olaraq ikiqat sevincliyik ki, torpaqlarımız bir güllə belə atılmadan geri qaytarıldı. Hər gün mənfur düşmənin atdığı güllə səslərini eşidən, düşmənlə göz-gözə dayanan, müharibənin ağrı-acısını bilən insanlar kimi bu qələbənin bizlər üçün nə demək olduğunu yaxşı bilirik. Buna görə Müzəffər Ali Baş Komandana qazaxlılar, doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan sakinlər, eləcə də sərəhddə yaşayan məzəmlilər adından dərin minnətdarlığımızı bildiririk. Şəhidlərimizə, qazilərimizə borcluyuq” deyə sakinlər səsləndiriblər. Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşların kənddə 1300 metr uzunluğunda çəkilmiş su xəttinin basdırılması üçün texnikanın verilməsi ilə bağlı müraciətlərini dinləyən icra başçısı məsələnin nəzarətə götürülməsi və həlli istiqamətində müvafiq işlər görülməsi üçün aidiyyəti üzrə müvafiq tapşırıq verib.
Geri qayıt |