Əsas Səhifə > Manşet / Sosial > Çaylı kəndinə çəkilmiş yolun açılışı olub

Çaylı kəndinə çəkilmiş yolun açılışı olub

23-12-2017, 15:47
Çaylı kəndinə çəkilmiş yolun açılışı olub
Bu gün Qazax rayonunun Çaylı kəndində Bakı-Tbilisi avtomobil yolunu Qazax–Əskipara yolu ilə birləşdirən avtomobil yolunun açılışı olub. Yolun kənarları al-əlvan şarlarla bayramsayağı bəzədilmişdi. Əllərində Azərbaycan bayrağı tutmuş yüzlərlə kənd sakini, ziyalılar, ağsaqqallar, məktəblilər açılış mərasiminə toplaşmışdılar.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək yeni avtomobil yolunun istifadəyə verilməsi münasibətilə bütün kənd sakinlərini təbrik edib, ən xoş arzularını bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə yol tikintisi geniş vüsət alıb. Bu gün şəhər və rayonlarla yanaşı kəndlərimizə də yüksək keyfiyyətli yollar çəkilir. Çaylı kəndinə çəkilmiş uzunluğu 6 km olan bu yol kimi. Yeni asfalt yol 7836 nəfər sakinin yaşadığı Çaylı kəndinə xidmət göstərəcəkdir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayev də kənd sakinlərini təbrik edərək ən xoş istək və arzularını çatdırıb. O, ulu öndər Heydər Əliyevin dediyi “Yol iqtisadiyyat, mədəniyyət, həyat deməkdir” sözlərini xatırladıb. Qeyd edib ki, istifadəyə verilən yeni yol kəndlərimizdə iqtisadiyyatın, mədəniyyətin, bir sözlə, bütün sahələrin inkişafına təkan verəcəkdir.

Sonra kənd sakinlərindən Məhəmmədəli Məşədiyev, Qəzənfər Qocayev və başqaları çıxış edərək yolun istifadəyə verilməsinə görə Prezident İlham Əliyevə bütün kənd sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər. Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədova, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova sonsuz təşəkkürlərini çatdırıblar.

Yolun rəmzi açılışını bildirən qırmızı lent kəsildikdən sonra yola baxış olub.

Elçin İSMAYIL

Geri qayıt