Əsas Səhifə > Manşet / Sosial > Daş Salahlı kənd 2 və 3 saylı körpələr evi-uşaq bağçalarının açılışı olub

Daş Salahlı kənd 2 və 3 saylı körpələr evi-uşaq bağçalarının açılışı olub

20-12-2017, 15:44
Daş Salahlı kənd 2 və 3 saylı körpələr evi-uşaq bağçalarının açılışı olub
Rayonumuzda ötən son 1 il yarım müddət ərzində bütün sahələrlə yanaşı, məktəbəqədər yaşlı körpələrin sağlam böyümələrinə, məktəbəqədər tərbiyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə də böyük diqqət yetirilir. Bu məqsədlə onların hərtərəfli və düzgün böyüməsi, tərbiyə olunması üçün yeni uşaq bağçaları tikilir, müasir inventar və avadanlıqlarla təmin olunur.

Qeyd edək ki, rayonun Daş Salahlı kəndindəki 20 yerlik 2 saylı uşaq bağçası və 35 yerlik 3 saylı körpələr evi-uşaq bağçası Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun təşəbbüsü ilə "Akkord" Sement Zavodu tərəfindən əsaslı təmir edilərək yenidən qurulub. Hər iki bağçada mətbəx, yemək və yataq otaqları, musiqi, idman və əyləncə zalları inşa edilib, mərkəzləşdirilmiş istilik sistemi yaradılıb. Yüksək səviyyədə, əsaslı şəkildə təmir edilən bağça binaları müasir tələblərə tam cavab verir. Mübaliğəsiz olaraq deyə bilərik ki, bu bağçalarda uşaqlar üçün ən böyük şəhərlərdə olan bağçalardakı kimi şərait yaradılıb.

Xəbər verdiyimiz kimi, sərhəddə yerləşən Cəfərli kənd uşaq bağçasından sonra bu gün Daş Salahlı kəndində əsaslı şəkildə təmir olunmuş 2 saylı uşaq bağçası və 3 saylı körpələr evi-uşaq bağçasının açılışı olub.

Açılışda RİHB Aparatının məsul işçiləri, idarə müəssisə və təşkilat rəhbərləri, bağça müdirləri, kənd sakinləri, valideynlər, KİV nümayəndələri iştirak edib.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Daş Salahlı kəndinə gələrək bağçaların açılış mərasimində iştirak edib.

Rəcəb Babaşov mərasimi giriş sözü ilə açaraq körpə fidanları, onların valideynlərini və müəllimləri səmimi qəlbdən təbrik edib, ən xoş arzularını çatdırıb. Qeyd edib ki, Azərbaycanda uşaqlara diqqət və onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən siyasətin əsasını ulu öndər Heydər Əliyev qoyub. Həmin siyasəti dövlətimizin başçısı İlham Əliyev uğurla davam etdirərək bu istiqamətdə çox mühüm layihələrin həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.
İcra başçısı bildirib ki, gələcəyimiz olan uşaqların sağlam və xoşbəxt böyüməsi üçün Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən də hərtərəfli və məqsədyönlü işlər görülür.
Daş Salahlı kənd 2 və 3 saylı körpələr evi-uşaq bağçalarının açılışı olub
Daş Salahlı kəndində açılışına toplaşdığımız 2 saylı uşaq bağçası və 3 saylı körpələr evi-uşaq bağçası da göstərilən həmin diqqət və qayğının nəticəsidir. Hazırda rayonumuzda digər sahələrlə yanaşı, yeni uşaq bağçalarının əsaslı təmiri və tikintisi daha da genişləndirilib. Bu il ərzində əsaslı şəkildə təmir edilən Kosalar kəndindəki 2 və 3 saylı körpələr evi-uşaq bağçaları, Xanlıqlar kənd körpələr evi-uşaq bağçası, Cəfərli kənd uşaq bağçası bu istiqamətdə həyata keçirilən işlərin ən bariz nümunəsidir. Qazax şəhərində tikintisi başa çatdırılan və açılışa tam hazır olan 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçasının yeni binası da açılışa tam hazırdır.
Daş Salahlı kənd 2 və 3 saylı körpələr evi-uşaq bağçalarının açılışı olub
Daş Salahlı kənd 2 saylı uşaq bağçasının müdiri Aybəniz Kərimova, tərbiyəçi Çiçək Vəliyeva, 3 saylı körpələr evi-uşaq bağçasının müdiri Ramella Abdürrəhmanova, kənd ağsaqqalı Fərhad Qocamanov, valideyn Flora Həsənova çıxış edərək böyüməkdə olan balaların yüksək şəraitdə təlim və tərbiyə almaları üçün göstərilən diqqət və qayğıdan böyük fərəh hissi keçirdiklərini qeyd ediblər. Çıxış edənlər uşaqlar üçün yaradılan bu gözəl şəraitə görə Respublika Prezidenti İlham Əliyevə müəllim və valideynlər, bütün kənd sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova və "Akkord" Sement Zavodunun direktoru Elçin Qasımova ən xoş arzularını çatdırıblar.

Uşaq bağçası binalarının rəmzi açılışını bildirən lent kəsildikdən sonra tədbir iştirakçıları əsaslı şəkildə təmir olunan bağçalarla tanış olublar. Əvvəlcə, bağçaların dünənini və bu gününü özündə əks etdirən fotostendə baxıblar. Bağçalarla tanış olduqdan sonra Rəcəb Babaşov hər iki bağçada çalışan kollektivlə görüşüb tapşırıq və tövsiyələrini verib.

Tədbirdə "Akkord" Sement Zavodu tərəfindən körpə fidanlara hədiyyələr təqdim olunub.

Açılış mərasimindən sonra Rəcəb Babaşov zavodun rəhbərliyi ilə birlikdə kənddəki 1 saylı uşaq bağçasına gəlib və vəziyyətlə yerində tanış olub. Məlumat verilib ki, bağça binası olduqca yayarsız haldadır və əsaslı təmirə ciddi ehtiyac var.

“Akkord” Sement Zavodunun direktoru Elçin Qasımov bu bağça binasının da təmir olunmasını öz öhdəsinə götürüb. Bildirib ki, yaxın vaxtlarda bina əsaslı şəkildə təmir ediləcəkdir.

Elçin İSMAYIL

Geri qayıt