Əsas Səhifə > Manşet / Rəsmi > Qazax RİH-də keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilib
Qazax RİH-də keçirilən qəbulda vətəndaşların müraciətləri dinlənilib17-04-2024, 23:32 |
Ölkəmizdə vətəndaş amilinin dövlət siyasətinin əsasını təşkil etməsi Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğıda hər zaman öz əksini tapır. Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda da operativ və həssas yanaşılır. Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, rayon İcra Hakmiyyətinin inzibati binasında fərdi və ümumi şəkildə vətəndaşların qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqət mərkəzində saxlanılır. Ölkə Prezidentinin, Birinci vitse-prezidentin şəhidlərimizin ailələrinə, Qarabağ müharibəsi əlillərinə, iştirakçılarına, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazax rayonunda hər zaman nümunə götürülür. Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan rayon rəhbərliyi bu gün də öz ənənəsinə sadiq qalaraq şəhid ailələrini, yaralılarımızı, qazilərimizi ziyarət edir, qayğıları ilə maraqlanır, diqqət və qayğısını əsirgəmir. Şəhidlərimizin xatirəsini əziz tutmağı, onların ailə üzvlərinə qayğı göstərməyi fəaliyyətinin əsas hissəsi hesab edir. Rayon rəhbəri şəhidlərimizin ailə üzvlərinə xüsusi diqqət və qayğı göstərir, problemləri ilə yaxından maraqlanır. Rayon rəhbərinin şəhid ailələrini, qazilərimizi günün istənilən vaxtında qəbul etməsi, onlar tərəfindən edilən müraciətlərə yerində baxması və həlli istiqamətində konkret tapşırıqlar verməsi bunun əyani sübutudur. Aprelin 17-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhəri, rayonun Barxudarlı, Kosalar, Aslanbəyli, Ürkməzli, Çaylı, Yuxarı Salahlı, Cəfərli kəndlərindən müraciət etmiş 12 nəfər vətəndaşı istəklərinə əsasən fərdi şəkildə qəbul edib. Qəbul zamanı vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb. Rayon rəhbəri 44 günlük haqq savaşında göstərdiyi igidliyə görə ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "İgidliyə görə”, "Şuşanın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuş I dərəcəli Vətən müharibəsi əlili Kərimov Röyal Şəadət oğlunu qəbul edib, onun səhhəti və müalicəsi ilə bir daha maraqlanıb. Rayon rəhbəri qazimizin müalicəsinin davam etdirilməsi, əməliyyat olunması ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırıldığını, məsələnin nəzarətə götürüldüyünü, həlli istiqamətində lazımi addımlar atılacağını diqqətə çatdırıb. İcra başçısı şəhid Əlləz Əlləzovun atası Ələddin Əlləzovu, 3-cü dərəcəli Vətən müharibəsi əlilləri - “Ağdamın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş Əhmədov Nəsir Ayxan oğlunu, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş Kosayev İlkin Rəhman oğlunu, Vətən müharibəsi iştirakçıları - “Suqovuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş Orucov Mahir Azad oğlunu, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş Qasımzadə Sənan Qasım oğlunu qəbul edib, onların qayğıları ilə maraqlanıb. Rayon rəhbəri ölkə başçısının, Birinci vitse-prezidentin şəhid ailələrinə, qazilərə göstərdikləri diqqət və qayğının bundan sonra da nümunə götürüləcəyini söyləyib.
Geri qayıt |