Əsas Səhifə > Manşet / Şəhidlər > İcra başçısı şəhid anasının müraciətinə yerində baxış keçirib
İcra başçısı şəhid anasının müraciətinə yerində baxış keçirib6-04-2024, 19:58 |
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasını vətəndaş amili, vətəndaş məmnunluğu təşkil edir. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqın, vətəndaşların arasında olmaları, onların müraciətlərini, istəklərini dinləmələri isə hər kəsə bir nümunədir. Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, rayon İcra Hakmiyyətinin inzibati binasında fərdi və ümumi şəkildə vətəndaşların qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqət mərkəzində saxlanılır. Ölkə Prezidentinin, Birinci vitse-prezidentin şəhidlərimizin ailələrinə, Qarabağ müharibəsi əlillərinə, iştirakçılarına, onların ailələrinə göstərdikləri dövlət qayğısı da Qazax rayonunda örnək götürülür. Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan rayon rəhbərliyi bu gün də öz ənənəsinə sadiq qalaraq şəhid ailələrini, yaralılarımızı, qazilərimizi ziyarət edir, qayğıları ilə maraqlanır, diqqət və qayğısını onlardan əsirgəmir. Şəhidlərimizin xatirəsini əziz tutmağı, onların ailə üzvlərinə qayğı göstərməyi iş fəaliyyətinin əsas hissəsi hesab edən rayon rəhbəri onların problemləri ilə yaxından maraqlanır. Rayon rəhbərinin şəhid ailələrini günün istənilən vaxtında qəbul etməsi, onlar tərəfindən edilən müraciətlərə yerində baxması və həlli istiqamətində konkret tapşırıqlar verməsi bunun əyani sübutudur. Aprelin 5-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 44 günlük Vətən müharibəsində şəhadətə ucalmış, ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş MAHHXHQ Əhmədov Mahmud Fərman oğlunun anası Aybəniz Əhmədovanı qəbul edərək onun müraciətini dinləmiş, hətta, yerində tanış olacağını bildirmişdi. Aprelin 6-da rayon rəhbrəliyi şəhid anasının müraciətinə yerində baxış keçirib, onun istəyinin yerinə yetirilməsi istiqamətində lazımi addımlar atılacağını bildirib. İcra başçısı illər keçsə də şəhidlərimizə olan sonsuz ehtiramın, sevginin heç zaman dəyişməyəcəyini, əksinə daha da artacağını vurğulayıb. Nə qədər Azərbaycan xalqı var qəhrəman oğullarımızın daim qəlblərdə yaşayacaqlarını qeyd edib. Şəhidlərimizin ailələrinə olan qayğının hər zaman davam etdiriləcəyini söyləyib. Şəhid anası ona göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Geri qayıt |