Əsas Səhifə > Manşet / Rəsmi > Energetika naziri Qazaxda vətəndaşları qəbul edib

Energetika naziri Qazaxda vətəndaşları qəbul edib


29-03-2024, 16:54


Martın 29-da Energetika naziri Pərviz Şahbazov Qazax Rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Vətəndaşların qəbulundan əvvəl Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, icra başçısının səlahiyyətlərini müvəqqəti icra edən Məmməd Alıyev və Energetika naziri Pərviz Şahbazov Ulu Öndər Heydər Əliyevin Qazax rayonunun mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Daha sonra Ümummilli Liderin adını daşıyan Heydər Əliyev Mərkəzini ziyarət ediblər.


Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbul zamanı vətəndaşların elektrik enerjisi təchizatı, transformatorun yerinin dəyişdirilməsi, qaz təchizatı, qaz xətlərinin bərpası, təbii qaz və elektrik enerjisi sərfiyyatına görə yaranmış borc və cərimələr, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Qəbulda Qazax rayonu ilə yanaşı, Gəncə şəhəri, Goranboy və Tovuz rayonlarından olan 11 vətəndaş iştirak edib.

https://minenergy.gov.az/az/xeberler-arxivi/00211 



Geri qayıt