Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > Qazax RİH-də keçirilən görüşdə aqrar sığortanın əhəmiyyəti, faydaları və fermerlər üçün üstünlüklərindən söhbət açılıb

Qazax RİH-də keçirilən görüşdə aqrar sığortanın əhəmiyyəti, faydaları və fermerlər üçün üstünlüklərindən söhbət açılıb


13-02-2024, 20:25


Fevralın 13-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Aqrar Sığorta Fondunun Qazax-Tovuz iqtisadi regionunu əhatə edən Şəmkir Regional Filialının rəhbəri Valeh Əsədovu qəbul edib. 

Görüşdə icra aparatının məsul şəxsləri, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor əvəzi Elxan Vəkilov və KOBİA-nın Qazax rayonu üzrə nümayəndəliyinin rəhbəri (KOB Dostu) Elnur Pənahov da iştirak ediblər. 

Görüş zamanı regional filialın rəhbəri V.Əsədov icra başçısına Qazax-Tovuz iqtisadi rayonunda aqrar sığortanın əhəmiyyəti, faydaları və fermerlər üçün üstünlükləri barədə ətraflı məlumat verib. Həmçinin, görüşdə Azərbaycanda baş verən təbii fəlakətlər, dolu və sel-subasma hadisələrinin qərb bölgəsində təsərrüfatlara vurduğu zərər və fermerlərə ödənişlərin edilməsi ilə bağlı mövcud vəziyyət müzakirə edilib. Heyvandarlıq sahəsində sığorta tariflərinin aşağı endirildiyi vurğulanıb. Qeyd edilib ki, Qazax-Tovuz bölgəsi Azərbaycanda iqlim hadisələrinin ən çox baş verdiyi bölgələrdəndir. Araşdırmalar göstərir ki, ölkə ərazisində hər il qeydə alınan dolu hadisələrinin yarıdan çoxu bu regionun payına düşür.

Görüşdə aqrar sığorta vasitəsilə əkin sahələri və heyvanların sığortalanması, hadisə baş verərkən ödəniş prosesinin detalları ilə bağlı geniş məlumat verilib. Qazax rayonunda bu istiqamətdə fermerlərlə maarifləndirici görüşlərin keçirilməsinin vacibliyi vurğulanıb.


Geri qayıt