Əsas Səhifə > Manşet / Sosial > Qazaxdakı çoxmənzilli binalar öz görkəmini dəyişib

Qazaxdakı çoxmənzilli binalar öz görkəmini dəyişib

14-12-2017, 21:24
Qazaxdakı çoxmənzilli binalar öz görkəmini dəyişib
Qazax şəhərində çoxmənzilli binalar əsaslı şəkildə təmir edilərək yenidən qurulur, müasir və gözoxşayan görkəmə salınaraq onlara ikinci həyat verilir. Belə binalardan biri də Heydər Əliyev prospektində yerləşən 60 və 64 saylı beşmərtəbəli binalardır.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun göstərişinə əsasən hərbiçi ailələrinin yaşadıqları bu binalar əsaslı şəkildə təmir olunub, şəhərin ən abad və müasir binalarından birinə çevrilibdir. Binanın dam örtüyü yenidən vurulub, fasad hissəsi təmir olunaraq rənglənib. Eyni zamanda, binaların dəhlizləri, giriş və çıxışları, pilləkanları, məhəcərləri, balkonları köklü şəkildə təmir olunmuş, rənglənmişdir.

Bu gün təmir-bərpa işləri başa çatan bu binalarda rayon rəhbərliyi ilə sakinlərin görüşü keçirilib. Görüşdə idarə, müəssisə və təşkilat rəhbərləri, ağsaqqallar, ziyalılar, ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri, rayonda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak edib.
Binanın həyətində keçən görüşdə sakinlər İcra Başçısını böyük səmimiyyət və mehribanlıq hissləri ilə, alqışlarla qarşılayıblar.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək hərbiçilərə göstərilən dövlət qayğısından danışıb. Qeyd edib ki, Azərbaycan Ordusu dünyanın ən qüdrətli ordularından biri olduğu kimi onun hərbiçisi də ən yaxşı şəraitdə yaşamalıdır. Bunu nəzərə alaraq mən hər iki binanın yüksək səviyyədə təmir olunması barədə göstəriş verdim və artıq bina başdan-başa, əsaslı şəkildə təmir olunmuş və yenidən qurulmuşdur. Bu, belə də olmalıdır. Çünki bizim hərbiçilərimiz, onların ailələri ən yaxşı şəraitdə yaşamalıdır. Bunun üçün dövlətimiz tərəfindən lazım gələn bütün tədbirlər görülür.

Müdafiə Nazirliyinin müşaviri Abdulla Qurbani çıxış edərək Qazax rayonunda ordu ilə xalqın birliyindən söz açıb. Qeyd edib ki, rayon rəhbərliyi tərəfindən bu istiqamətdə xeyli yaddaqalan işlər görülüb. Elə bu günlərdə “Ordumuz-qürurumuz, xalqımız-dayağımız” devizi altında keçirilmiş böyük miqyaslı tədbir buna əyani sübutdur. İcra Başçısı bu yönümdə ön cəbhədə, eləcə də əsgərlərin qulluq etdikləri digər yerlərdə də görüşlər keçirir, ordu ilə xalqın birliyinə böyük töhfələr verir.
Sonra A.Qurbani yenicə çapdan çıxmış “Ordumuz-qürurumuz, xalqımız-dayağımız” adlı kitabı binanın sakini olan ağ saçlı anaya təqdim edib.

Sakinlərdən Rəfael Adıgözəlov, Rəmziyyə Məmmədova, Nəzakət İsmayılova, Surxay Xəlilov və başqaları söz alaraq hərbiçi ailələrinə diqqət və qayğı göstərdiyinə, yaşadıqları binaları əsaslı şəkildə təmir etdirdiyinə görə Respublika Prezidenti İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova tükənməz təşəkkürlərini çatdırıblar. 80 ailənin yaşadığı bu binaların sakinləri ehtiram dolu ürək sözlərini söyləyiblər.

Elçin İSMAYIL

Geri qayıt