Əsas Səhifə > Manşet / Səhiyyə > Qazaxda Ulu Öndər Heydər Əliyevin və Akademik Zərifə xanım Əliyevanın 100 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib
Qazaxda Ulu Öndər Heydər Əliyevin və Akademik Zərifə xanım Əliyevanın 100 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib20-10-2023, 19:54 |
Oktyabrın 20-də “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyəti və “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin və görkəmli alim-oftalmoloq, Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileylərinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan səhiyyəsi”, “Akademik Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var” mövzularında tədbir keçirilib. “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin akt zalında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun köməkçisi Akif Əmirov, “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova, Vətən müharibəsi şəhidi tibb xidməti leytenantı Adil Əfəndiyevin atası Qədir Əfəndiyev, səhiyyə işçiləri, KİV nümayəndələri iştirak ediblər. Tədbirdən əvvəl Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun Xəstəxananın qarşısında yerləşən bulağı önünə gül dəstələri düzülüb, igid Vətən oğlunun əziz xatirəsi ehtiramla anılıb.
Tədbirdə Xəstəxananın foyesində Ulu Öndər Heydər Əliyevə və Akademik Zərifə xanım Əliyevaya həsr edilmiş kitab sərgisinə baxış keçirilib.
Akt zalında davam edən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin, Akademik Zərifə xanım Əliyevanın və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Ulu Öndər Heydər Əliyevin səhiyyə sahəsinin inkişafı istiqamətində gördüyü işləri, Akademik Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı müstəsna xidmətlərini özündə əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirin aparıcısı, deputat köməkçisi Akif Əmirov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, 2023-cü ilin xalqımız üçün əlamətdar bir il olduğunu söyləyib. Bu ilin həm ölkə başçısının müvafiq Sərəncamı ilə “Heydər Əliyev İli” elan olunduğunu, həm də Akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinin keçirilməsi ilə yaddaşlara əbədi həkk olunduğunu qeyd edib. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da Ulu Öndər Heydər Əliyevin və Akademik Zərifə xanım Əliyevanın 100 illik yubileylərinin silsilə tədbirlərlə qeyd olunduğunu, bugünkü tədbirin də həmin tədbirlərin davamı olduğunu bildirib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. İcra başçısı 2023-cü ilin xalqımız və dövlətimiz üçün əlamətdar olduğunu dilə gətirərək bu ilin hər bir ölkə vətəndaşı üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib. Bu il həm Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının xilaskarı, həyatını xalqının və dövlətinin işıqlı gələcəyinə həsr edən Ulu Öndər Heydər Əliyevin, həm də oftalmologiya elminin inkişafında misilsiz xidmətləri olan Akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinin ölkəmizdə təntənə ilə qeyd edildiyini bildirib. İcra başçısı qeyd edib ki, “Həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm” deyən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev qüdrətli bir şəxsiyyətdir. Rayon rəhbəri vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev bütün fəaliyyəti dövründə elmin, təhsilin, mədəniyyətin və səhiyyənin inkişafına xüsusi qayğı ilə yanaşırdı. Bu da təsadüfi deyildi. Çünki bu dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir, sağlamlığındadır. Ulu Öndər Heydər Əliyev özünün zəngin həyat yolu və çoxtərəfli fəaliyyəti ilə yalnız adını tarixə yazmayıb. O, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi tarixini, Azərbaycanın müxtəlif sferalarının, o cümlədən səhiyyənin inkişaf tarixini yazıb. İcra başçısı bildirib ki, 1993-cü ilin 15 iyununda müstəqillik yolu ilə addımlayan xalqının köməyinə gələn Heydər Əliyevin əzmkarlığı, xüsusi diqqət və qayğısı sayəsində ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmək üçün imkanlar yaratdı. Ulu Öndər Azərbaycanda hər bir sahənin inkişafı üçün mühüm təşəbbüslə çıxış edirdi, amma heç şübhəsiz ki, onun üçün əsas məsələ – əhalinin sağlamlığının qorunması, tibbi xidmətin yüksək səviyyədə təşkilindən ibarət idi. Onun bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görüldü, islahatlar aparıldı. Ölkəmizdə səhiyyənin qanunvericilik bazasını gücləndirən bir sıra qanunlar hazırlanaraq qəbul edildi. Qısa zamanda 15-dən çox qanunun qəbul edilməsi səhiyyəmizin müasir tələblər səviyyəsində yenilənməsinə, həm də insanların sağlamlıqlarının etibarlı şəkildə qorunmasına xidmət etdi. İcra başçısı qeyd edib ki, Ulu Öndərin imzaladığı 4 iyun 2001-ci il tarixli Sərəncamla 17 iyun günü Azərbaycan tibb işçilərinin peşə bayramı günü elan edildi. Həmin il peşə bayramı ərəfəsində Ulu Öndər Heydər Əliyevin tibb işçilərinə göndərdiyi ilk təbrik məktubunda deyilirdi: “Tibbin insan cəmiyyəti ilə yaşıd olan bir tarixi var və siz də bütün fəaliyyətinizi bu sahə ilə bağlayaraq, həyatınızı olduqca qədim, nəcib və xeyirxah bir işə – insanların sağlamlığının qorunması işinə həsr etmisiniz”. Bu, o demək idi ki, Azərbaycan xalqının hər bir nümayəndəsinin sağlamlığının qorunması hər zaman Ulu Öndərin diqqət mərkəzində olub. Onun prezidentliyi dövründə səhiyyənin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində xeyli iş görüldü, tibb müəssisələrində təmir-tikinti işləri aparıldı, səhiyyə ocaqları yeni avadanlıq və cihazlarla təchiz edildi. İcra başçısı vurğulayıb ki, Azərbaycan elminin ən parlaq simalarından olan görkəmli alim və həkim Zərifə xanım Əliyevanın 100 illik yubileyinin ölkəmizdə təntənə ilə qeyd olunması Ona olan böyük hörmət və ehtiramın ifadəsidir. Prezident İlham Əliyevin 2022-ci il 3 noyabr tarixli Sərəncamına əsasən, Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 illik yubileyinin həm ölkəmizdə, həm də ölkə hüdudlarından kənarda geniş qeyd edilməsi Onun səhiyyə sahəsində, xüsusilə də oftalmologiya elminin inkişafındakı müstəsna xidmətlərini geniş şəkildə çatdırmaq imkanı yaratdığını söyləyib. Rayon rəhbəri bildirib ki, Azərbaycanın tanınmış simalarından olan tibb elmləri doktoru, Akademik, görkəmli alim, ictimai xadim tibb tariximizdə silinməz iz qoymuş Zərifə xanım Əliyevaya əbədiyaşarlıq qazandıran onun nəcib niyyəti, xeyirxah əməlləri, Vətən naminə gördüyü böyük işləridir. Qayğıkeş həkim Zərifə xanım Əliyevanın həyat yolu həqiqi mənada nümunə göstərilə biləcək qədər mənalı və çox zəngin olub. Zərifə xanım Əliyevanın çoxcəhətli elmi və tibbi fəaliyyəti təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir və aktuallığını qoruyur. Sıravi həkimlikdən akademik zirvəsinə ucalan Zərifə xanımın elmi araşdırmaları, alim kimi qazandığı böyük uğurlar Azərbaycanın tibb elmi tarixində xüsusi yer tutur. İcra başçısı görkəmli alimin keçdiyi şərəfli ömür yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu söyləyib. Rayon rəhbəri Akademik Zərifə xanım Əliyevanın nəinki öz həmkarları tərəfindən, ümumiyyətlə, Azərbaycan ictimaiyyəti tərəfindən görkəmli alim, nəcib Azərbaycan xanımı olaraq hörmətlə xatırlanaraq hər zaman yad edildiyini qeyd edib. Son illər ölkəmizdə səhiyyə sahəsinə göstərilən dövlət qayğısından danışan icra başçısı bunun əyani təzahürü olaraq ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə 2020-ci ilin 3 martında istifadəyə verilən Qazax Rayon Mərkəzi Xəstəxanasını göstərib. Rayon rəhbəri mənfur düşmənlə 168 km sərhəddi olan Qazax rayonunda belə yüksək səviyyədə xəstəxananın tikintisinə görə qazaxlıların, xüsusilə də səhiyyə sahəsində çalışan insanların ölkə başçısı İlham Əliyevə bu gün də minnətdarlıq etdiklərini söyləyib. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına qarşı aparılan mübarizə tədbirlərindən, əhalinin vaksinasiyası sahəsində görülən işlərdən söz açan icra başçısı bu işin rayonda uğurla aparıldığını, əhalinin peyvəndlənməsi sahəsində görülmüş işlərin nəticəsinə görə Qazaxın ön sıralarda dayandığını söyləyib. İcra başçısı bu uğurun əldə olunmasında həkimlərin, tibb işçilərinin böyük əməyi olduğunu vurğulayıb. Xəstə yaxınlarının ümid yerinə çevrilən həkimlərin və tibb işçilərinin koronavirus infeksiyası ilə mübarizə tədbirlərində, xüsusilə də əhalinin vaksinasiya olunmasında gördükləri işlərin danılmaz olduğunu söyləyib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən danışan icra başçısı bizlərə şanlı qələbəni bəxş edən qəhrəman oğullarımızı unutmadığımızı, onlarla hər zaman fəxr edib, qürur duyduğumuzu bildirib. 44 günlük savaşda əldə etdiyimiz Zəfərə görə Ali Baş Komandana, Azərbaycan Ordusunun əsgər və zabitlərinə, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib. İcra başçısı istər koronavirus pandemiyası ilə mübarizədə, istərsə də 44 günlük Vətən müharibəsi dövründə ölkəmizin tibb işçilərinin öz vəzifə borclarını ləyaqətlə yerinə yetirdiklərini bildirib. Həkimlərimizin həm ümumbəşəri təhlükə ilə mübarizədə, həm də döyüş cəbhəsində yaralanan əsgərlərin sağaldılaraq həyata qaytarılmasında böyük fədakarlıq göstərdiklərini vurğulayıb. Rayon rəhbəri çıxışının sonunda sağlamlığımızın keşiyində dayanan tibb işçilərinə bir daha gələcək işlərində uğurlar arzulayıb. “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, ürək sözlərini bölüşüb. S.Məmmədova çıxışında Ulu Öndər Heydər Əliyevin xalqın sağlamlıq məsələlərinə daim taleyüklü məsələ kimi yanaşdığını, bu sahənin cəmiyyət həyatında həlledici rol oynadığını dəfələrlə vurğuladığını qeyd edib. Ümummilli Liderin səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm, prioritet sahə kimi qiymətləndirərək söylədiyi “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir” fikirlərini səsləndirib. S.Məmmədova qeyd edib ki, Ulu Öndərin səhiyyənin inkişafı üzrə tədbirlər kompleksinin əsas məqamlarından biri mövcud səhiyyə ocaqlarının abadlaşdırılması, yeni tibb muəssisələrinin tikilməsi, yeni avadanlıq və cihazlarla təchiz edilməsi idi. Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində müstəqillik dövründə ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmək mümkün oldu. Onun bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görüldü, islahatlar aparıldı. Bu işdə ilk növbədə səhiyyənin hüquqi–normativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə qaldırılması daim diqqət mərkəzində saxlanılırdı. Həmin məqsədlə ölkəmizdə səhiyyənin qanunvericilik bazasını gücləndirən bir sıra qanunlar, o cümlədən “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında”, “Əczaçılıq fəaliyyəti haqqında”, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında”, “Tibbi sığorta haqqında” və s. qanunlar işlənib hazırlandı və Milli Məclis tərəfindən qəbul edildi. Azərbaycan ərazisində QİÇS və vərəm xəstəliklərinin yayılmasının qarşısını almaq üçün milli proqramlar işlənib hazırlandı. S.Məmmədova Ulu Öndərin səhiyyə sahəsinin inkişafı naminə gördüyü işlərin bu gün Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd edib. Prezidentin söylədiyi “Mən istəyirəm ki, hər bir insan yaxşı yaşasın, həkimlər gözəl xəstəxanalarda işləsinlər və insanlarımız da sağlam olsunlar” fikrinin real əskini 2020-ci ilin 3 martında ölkə başçısının iştirakı ilə istifadəyə verilən Qazax Rayon Mərkəzi Xəstəxanasının timsalında gördüyümüzü söyləyib. 2020-ci ildə ölkəmizdə əsrin bəlası olan COVID-19 pandemiyası, İknci Qarabağ müharibəsi kimi ağır və gərgin fövqəladə vəziyyət baş verəndə Qazaxda müasir standartlara cavab verən xəstəxananın olmasının böyük köməyi olduğunu vurğulayıb. COVID-19 bəlasında 1 dəfə karantin, 4 dəfə sırf “pandemiya tibb müəssisəsi” kimi fəaliyyət göstərərək vətəndaşlara tibbi xidmət göstərildiyini, vaksinasiya prosesində əhalinin 94,5%-nin vaksinasiya olunduğunu söyləyib. 44 günlük Vətən müharibəsində Hərbi Hospital kimi fəaliyyət göstərərək cəbhədə yaralanmış hərbi qulluqçularımızdan 205 nəfərə xidmət göstərildiyini diqqətə çatdırıb. “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə oftalmoloq Rahilə Əhmədova çıxış edərək bildirib ki, sıravi həkimlikdən akademikliyə qədər yüksəlmiş Zərifə xanım oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib, bu sahə üzrə yüksək ixtisaslı kadrlar yetişdirilməsinə böyük əmək sərf edib. Akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir. R.Əhmədova Zərifə xanımın ilk növbədə həkim kimi bu peşəni çox uca tutduğunu, həkimi günəşə bənzədərək “Həkim insanlara günəş qədər lazımdır” fikrinin hər zaman gənc həkimlərə aşılandığını qeyd edib. R.Əhmədova vurğulayıb ki, Zərifə xanım traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, xəstəlik ocaqlarını aşkarlayır, göz həkimlərinə mühazirələr oxuyur, əhali arasında söhbətlər aparırdı. Çox keçmədən Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail oldu. Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etdi. Onun təklif etdiyi müalicə metodu tezliklə geniş təcrübi tətbiqini tapdı və nəticədə respublikada traxoma bir xəstəlik kimi ləğv olundu. Zərifə xanımın dünyada ilk dəfə olaraq peşə patalogiyasını araşdıran elmi-tətqiqat laboratoriyası yaratdığını və praktiki olaraq elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyduğunu söyləyib. Apardığı tətqiqatların gedişində "Göz yaşının axmasının fiziologiyası", "Gözün və görmə sinir yolunun yaşla əlaqədar dəyişiklikləri", "Gözün hidrodinamik sisteminin anatomik fizioloji təbiəti" və s. kimi onlarla elmi məqalələr və monoqrafiyalar çap etdirdiyini diqqətə çatdırıb. Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tətqiqat işlərinin uğurlu nəticələrinə görə Akademik Zərifə xanım Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən möhtəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görüldüyünü, keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi onun adının oftalmologiya elminin tarixinə düşdüyünü bildirib. “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə Hemodializ Şöbəsinin müdiri Cahanə Xasməmmədova çıxış edərək Ulu Öndər Heydər Əliyevin öz xalqına, millətinə misilsiz xidmətləri ilə yaddaşlara əbədi həkk olunduğunu söyləyib. Ulu Öndərin bütün sahələrdə olduğu kimi, Azərbaycanın səhiyyə sahəsini, onun ayrılmaz şaxələrindən olan Azərbaycan tibb elmi və tibb təhsili sistemini də daim diqqət mərkəzində saxladığını qeyd edib. İlk növbədə tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışdığını qeyd edib. Bildirib ki, Ulu Öndərin fəaliyyəti dövründə köhnə səhiyyə ocaqlarının yenidən qurulması, yenilərin tikilməsi, ən müasir aparatlarla təchiz edilməsi, eləcə də, əhalinin kütləvi surətdə dispanser qeydiyyatdan keçirilməsi və s. istiqamətdə tədbirlər həyata keçirildi. Qısa zaman məsafəsində ölkədə Urologiya Xəstəxanası, Diaqnostika Mərkəzi, Neyrocərrahiyyə Mərkəzi, Toksikoloji Mərkəz və s. tibb müəssisələri yaradıldı və əhalinin istifadəsinə verildi. C.Xasməmmədova Ulu Öndərin səhiyyə sahəsində miras qoyduğu siyasətin bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyini bildirib. Qazax rayonunda fəaliyyət göstərən, müasir standartlara cavab verən Qazax Rayon Mərkəzi Xəstəxanasını, regionlarda yüksək səviyyədə fəaliyyət göstərən Hemodializ mərkəzlərini bu siyasətin uğurlu davamı kimi qiymətləndirib. “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə direktorun köməkçisi Məhəmməd Məmmədov çıxış edərək Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasının, dövlətimizin apardığı gənclər siyasətinin Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Ümummilli Liderin həmişə gənclərimizə böyük ümidlər bəslədiyini, yüksəkixtisaslı kadrların, gənc həkimlərin yetişməsi üçün əlindən gələni əsirgəmədiyini söyləyib. Ulu Öndərin də istədiyi kimi, bu gün gənclərə etimad və dəstək göstərildiyini qeyd edib. Qazax Rayon Mərkəzi Xəstəxanasının müxtəlif şöbələrində müxtəlif ixtisaslı gənc həkimlərin işə qəbul olunduğunu, dahi şəxsiyyətin arzularının reallaşdığını qeyd edib. “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə Təcili və Təxirəsalınmaz Tibbi Yardım bölməsinin müdiri Nəzrin Əliyeva çıxış edərək bildirib ki, Zərifə xanım Əliyeva haqqında söhbət açılanda yada ilk olaraq işıq düşür. Təkcə ona görə yox ki, Zərifə xanım həkim kimi gözlərə nur verirdi. Onun yaşadığı ömrün özü bir işıq mücəssəməsidir. Bu işıqdan hamıya pay çatırdı: ailəsinə, övladlarına, əhatəsində olanlara, gözünün nurunu itirmiş insanlara. Təbabətdə öz dəst-xətti olan novator alimin oftalmologiyanın müxtəlif sahələrində yorulmadan apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər müasir dövrdə də aktuallığını itirməyib. Böyük alimin əziz xatirəsi xalqımızın qəlbində yaşayır, nurlu obrazı bu gün də davamçılarının yolunu işıqlandırır. “Qazax Rayon Mərkəzi Xəstənası” Publik Hüquqi Şəxsdə Təcili və Təxirəsalınmaz Tibbi Yardım bölməsinin həkimi Fərid Bayramov çıxış edərək bildirib ki, müstəqil Azərbaycan səhiyyəsinin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Heydər Əliyevin rəhbərliyi, diqqəti və dəstəyi ilə səhiyyə sistemində ardıcıl və məqsədyönlü iş görülmüş, islahatlar aparılmışdır. Xalqımıza böyük məhəbbətlə, sədaqətlə xidmət edən Ulu Öndər daima səhiyyə sahəsində öz amallarına sadiq qalmış, xalqının sağlamlığı, yaxşı rifahı naminə müasir Azərbaycan səhiyyəsini sivil ölkələr səviyyəsinə yüksəltmişdir. Dahi Öndərin hakimiyyətə gəldiyi dövrdən səhiyyədə ciddi inkişaf dövrü başlandı. Azərbaycan səhiyyəsi, Azərbaycan tibb elmi və tibb təhsili sistemi XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində 30 ildən çox bilavasitə Heydər Əliyevin himayəsində olub, Onun rəhbərliyi altında inkişaf edib, Onun sayəsində indiki yüksək səviyyəyə çatıb. “İnsanların sağlamlığı sosial məsələlər arasında ən birinci yerdədir və bu gün Azərbaycanda bu sahədə gözəl nəticələr var” deyən Prezident İlham Əliyev Ümummilli Liderin miras qoyduğu islahatlar sistemini layiqincə davam etdirərək səhiyyəmizi daha da yüksək pilləyə yüksəltmək üçün var qüvvəsi ilə çalışır. Tədbirdə “Heydər Əliyev İli” çərçivəsində şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına göstərdikləri yüksək tibbi xidmətlərə görə “Qazax RMX” Publik Hüquqi Şəxsin bir qrup əməkdaşı Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar. Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Hüquq şöbəsində məsləhətçi Aqil Alıcanov təltif olunan səhiyyə işçilərini təbrik edib, Qazax Rayon İcra Hakimiyyəti başçısının Sərəncamını səsləndirib. Təqaüddə olan həkimlər Quluyev Allahverdi İbrahimxəlil oğluna, Məmmədov Kavı Zirəddin oğluna, “Qazax RMX” Publik Hüquqi Şəxsin poliklinika şöbəsində həkim oftalmoloq Əhmədova Rahilə Mustafa qızına, Terapiya şöbəsində həkim nevropatoloq Orucova Sonayə Bayram qızına, Cərrahiyyə şöbəsində böyük tibb bacısı Əhmədova Aytac Nəriman qızına, Uşaq şöbəsində böyük tibb bacısı Süleymanova Çimnaz Aslan qızına, Koordinasiya bölməsində müharibə iştirakçıları ilə iş üzrə mütəxəssis Nağdalıyev Əli Sadıx oğluna, Təcili və Təxirəsalınmaz Tibbi Yardım bölməsində həkim Mustafayeva Tünzalə Əjdər qızına, sürücü Yolçuyev Əmrah Məmməd oğluna Fəxri Fərman təqdim edilib. Sonda xatirə şəkli çəkdirilib.
Geri qayıt |