Əsas Səhifə > Manşet / Rəsmi > “Cənab Prezident, vətəndaşlarımızın qatillərinin son günlər bir-birinin ardınca həbs edilməsi və cinayət məsuliyyətinə cəlb olunması Sizin Azərbaycan xalqına növbəti hədiyyənizdir”

“Cənab Prezident, vətəndaşlarımızın qatillərinin son günlər bir-birinin ardınca həbs edilməsi və cinayət məsuliyyətinə cəlb olunması Sizin Azərbaycan xalqına növbəti hədiyyənizdir”


14-10-2023, 15:54


Sənan Xəlilovdan, 

Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan.

Doğma Qarabağımızda vaxtilə mövcud olmuş xunta rejimində müxtəlif “vəzifə”lər tutmuş separatçıların, vətəndaşlarımızın qatillərinin son günlər bir-birinin ardınca həbs edilməsi və cinayət məsuliyyətinə cəlb olunması Sizin Azərbaycan xalqına növbəti hədiyyənizdir.

Azərbaycanın ən mühüm, taleyüklü məsələləri Ulu Öndərimiz Heydər Əliyevin və Sizin üzərinizə düşdü. Ulu Öndərimiz Azərbaycanı xaosdan, anarxiyadan, parçalanmadan xilas etdi, Siz isə ölkəmizin suverenliyini tam bərpa etdiniz, torpaqlarımızı geri qaytardınız. Bu xoş mənzərəni seyr edərkən yadıma bir atalar sözü düşdü: “haqq nazilər, amma üzülməz”. Məhz Siz Azərbaycanın haqqını üzülməyə qoymadınız.

Ulu Tanrı Sizə hər zaman xoş günlər qismət eləsin.

Hörmətlə,

Xəlilov Sənan, tələbə.

Azərbaycan Respublikası, Qazax rayonu, Canalı kəndi.

14 oktyabr 2023-cü il

https://president.az/az/articles/view/61571


Geri qayıt