Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı vətəndaşı müraciətinə əsasən fərdi şəkildə qəbul edib
İcra başçısı vətəndaşı müraciətinə əsasən fərdi şəkildə qəbul edib31-08-2023, 18:24 |
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğı, ölkə rəhbərinin vətəndaş məmnunluğunun təmin olunması barədə verdiyi tapşırıq və tövsiyələr o deməkdir ki, ölkəmizdə dövlət siyasətinin əsasında vətəndaş amili dayanır. Vətəndaş amili Qazax rayonunda da hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi qayğı bunun bariz nümunəsidir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və şifahi müraciətlərinə əsasən keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir. Avqustun 31-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhər sakini Xasayeva Səbinə Rəfail qızını müraciətinə əsasən fərdi şəkildə qəbul edib. S.Xasayevanın işlə təmin olunma barədə müraciətini dinləyən rayon rəhbəri ona Dövlət qulluğuna imtahanda iştirak etməsini tövsiyə edib. Geri qayıt |