Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsində KOB dostu fəaliyyətə başlayıb

Qazaxda “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsində KOB dostu fəaliyyətə başlayıb


9-08-2023, 15:29


Azərbaycanın “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsində fəaliyyət göstərəcək KOB dostu sahibkarlara idxal-ixrac əməliyyatları və gömrük prosedurları ilə bağlı informasiya, məsləhət və hüquqi yardım göstərəcək.

Qazax rayonunda Azərbaycan Respublikasının “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB dostu fəaliyyətə başlayıb.  

Avqustun 9-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Dövlət Gömrük Komitəsinin sədr müavini Cavad Qasımov “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsində fəaliyyət göstərən KOB dostunun xidmət pəncərəsi ilə tanış olublar. 


Məlumat verilib ki, mikro, kiçik və orta sahibkarlar gömrük xidmətlərindən istifadə edən zaman “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsində fəaliyyət göstərən KOB dostuna müraciət etməklə idxal-ixrac əməliyyatları, gömrük rəsmiləşdirilməsi və prosedurları ilə bağlı informasiya, məsləhət, hüquqi yardım kimi xidmətlərdən istifadə edə biləcəklər. KOB dostunun “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsində fəaliyyəti həmçinin, KOB-ların müvafiq sahə ilə bağlı müraciətlərinin KOBİA-nın və Dövlət Gömrük Komitəsinin iştirakı ilə dövlət-sahibkar əməkdaşlığı çərçivəsində operativ həll olunmasına imkan verəcək. Qeyd edək ki, bu, gömrükdə Bakı şəhərindən sonra KOB dostunun sayca 2-ci xidmət pəncərəsidir. Bundan əvvəl 2019-cu ildə Bakı Baş Gömrük İdarəsində KOB dostunun xidmət pəncərəsi fəaliyyətə başlayıb.

 


Geri qayıt