Əsas Səhifə > Manşet / Təhsil > Elm və təhsil naziri Qazaxda məktəb açılışında olub
Elm və təhsil naziri Qazaxda məktəb açılışında olub19-06-2023, 18:40 |
İyunun 19-da Elm və təhsil naziri Emin Əmrullayev Qazax rayonuna səfəri çərçivəsində Mehdi Hüseyn adına Humanitar və təbiət təmayüllü məktəb-liseyin yeni tikilmiş tədris binasının açılışında iştirak edib. Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, müavin-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova və Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev də iştirak ediblər. Məlumat verilib ki, 4 mərtəbədən ibarət məktəbdə 28 sinif otağı, 2 fizika, 2 kimya, 2 biologiya, 2 informatika kabineti, məktəbəhazırlıq və tibb otaqları, 244 nəfərlik akt zalı, qapalı və açıq idman meydançaları, kitabxana, 172 yerlik bufet mövcuddur. Daha sonra tədbir iştirakçıları məktəbdə yaradılmış şəraitlə tanış olublar. https://edu.gov.az/az/news-and-updates/20071-1
Geri qayıt |