Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda Milli Dirçəliş Günü qeyd olunub

Qazaxda Milli Dirçəliş Günü qeyd olunub


15-11-2017, 18:00
Qazaxda Milli Dirçəliş Günü qeyd olunub
Bu gün Qazax rayonunda 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə tədbir keçirilib.

İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, icra nümayəndələri, bələdiyyə sədrləri, ağsaqqallar, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.
Qazaxda Milli Dirçəliş Günü qeyd olunub
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə səmimi qəlbdən təbrik edib, ən xoş arzularını çatdırıb. Qeyd edib ki, 29 il bundan əvvəl, 1988-ci il noyabrın 17-də imperiya zülümündən cana doymuş Azərbaycan xalqının ayağa qalxması tarixə meydan hərəkatı kimi daxil oldu. Türk dünyasının böyük oğlu, ümummilli lider Heydər Əliyevin Vətənə qayıdışı ilə Azərbaycanın milli-siyasi azadlıq hərəkatında yeni bir mərhələ başladı. Heydər Əliyev həmin gərgin günlərdə xalq arasında olmaqla Naxçıvanda Azərbaycan xalqının milli-azadlıq, dövlət müstəqilliyi uğrunda mübarizəsinə başçılıq edirdi.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən bu sessiyanın qərarları Sovet rejiminə sarsıdıcı zərbə vurmaqla çox əhəmiyyətli rol oynadı. Sessiya muxtar respublikanın adından “Sovet Sosialist” sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağının Dövlət Bayrağı kimi qəbul edilməsi barədə qərar qəbul etdi. Ulu öndər Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 5 fevral 1991-ci il tarixli sessiyasındakı çıxışında SSRİ-dən imtinanın və müstəqillik uğrunda mübarizənin vacibliyini məntiqi şəkildə əsaslandırdı. Həmin sessiyada Azərbaycan SSR-nin adı dəyişdirilərək “Azərbaycan Respublikası” adlandırıldı və üçrəngli bayrağımız Dövlət Bayrağı kimi təsdiq olundu.
Qazaxda Milli Dirçəliş Günü qeyd olunub
Xalqın özünüdərk prosesinin zirvəsi, milli oyanışın təntənəsi olan həmin tarixi meydan hərakatından 28 il keçir. Bu qısa zaman kəsiyinə nəzər salsaq ölkəmizin qısa müddət ərzində iqtisadi inkişaf göstəricilərinə görə bütün dünyada lider dövlətlərdən birinə çevrilməsi təkzibedilməz faktdır. Ötən müddət ərzində müstəqil Azərbaycan dövlətinin qazandığı uğurlar göz qabağındadır. Dövlət müstəqilliyinin üçüncü onilliyini yaşayan Azərbaycanın inkişafını, yüksəlişini, beynəlxalq arenada qazandığı nüfuzu qiymətləndirərkən ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı əvəzsiz xidmətləri hər birimizin gözü önündə canlanır. Ulu öndərin gördüyü böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyasının məntiqi nəticəsidir ki, bu gün xalqımız demokratik və hüquqi dövlətdə yaşamaq imkanı əldə etmiş, xoşbəxt gələcəyi üçün bütün təminatları yaratmışdır. Azərbaycanın indiki sürətli yüksəlişinin təməlində məhz Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası dayanır. Dahi şəxsiyyət yalnız Azərbaycanın davamlı strategiyasının təməlini qoymaqla kifayətlənməmiş, bu strateji kursu davam etdirməyə qadir istedadlı, xalqını, dövlətini sevən, yüksək idarəçilik keyfiyyətlərinə malik siyasi davamçı və lider yetişdirmişdir.
Qazaxda Milli Dirçəliş Günü qeyd olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dünya birliyində özünə layiqli yer tutaraq söz sahibinə çevrilməsinə, Qafqazdakı lider rolunun möhkəmləndirilməsinə, enerji və nəqliyyat təhlükəsizliyinin davamlılığına, ərzaq təhlükəsizliyinin təmin olunmasına, güclü və qüdrətli ordu quruculuğuna, ölkə vətəndaşlarının xoşbəxt və firavan yaşayışının etibarlı şəkildə təmin edilməsinə nail olundu. Qətiyyətlə deyə bilərik ki, Respublika Prezidenti İlham Əliyev qısa müddətdə bu yüksəlişə nail olmaqla ölkəmizin ən yeni tarixinə qızıl hərflərlə yazılan uğurların müəllifi oldu. Prezident İlham Əliyevin timsalında hər bir Azərbaycan vətəndaşı ölkəmizin tərəqqisini görür, bu böyük şəxsiyyəti inkişafımızın təminatçısı kimi dəstəkləyir.
Qazaxda Milli Dirçəliş Günü qeyd olunub
Sonra mövzu ətrafında çıxışlar olub. Qazax RİHB Aparatının məsləhətçilərindən Ülviyyə Namazova, Asiman Poluoğlu, Səba Paşayeva, Hacıalı Məmmədov, Daş Salahlı kənd İƏD üzrə nümayəndə Tahir Hüseynli, BDU Qazax filialının baş müəllimi Mübariz Süleymanov, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tədris işləri üzrə direktor müavini Nicat Göyüşov, Aşağı Əskipara kənd tam orta məktəbin direktoru Yaşar Əliyev çıxış edərək 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, 28 il ərzində ölkəmizin qazandığı uğurlardan söz açıblar.

Tədbirdə Qazax rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev və RİHB-nın şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Akif Vəliyevə Qazax rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim olunub.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq Azərbaycan xalqını və rayon sakinlərini 17 noyabr – Milli Dirçəliş Günü münasibətilə bir daha təbrik edib, gələcək işlərində uğurlar arzulayıb.

Elçin İSMAYIL

Qazaxda Milli Dirçəliş Günü qeyd olunub
Qazaxda Milli Dirçəliş Günü qeyd olunub
Qazaxda Milli Dirçəliş Günü qeyd olunub
Qazaxda Milli Dirçəliş Günü qeyd olunub
Qazaxda Milli Dirçəliş Günü qeyd olunub
Qazaxda Milli Dirçəliş Günü qeyd olunub
Qazaxda Milli Dirçəliş Günü qeyd olunub
Qazaxda Milli Dirçəliş Günü qeyd olunub
Qazaxda Milli Dirçəliş Günü qeyd olunub
Qazaxda Milli Dirçəliş Günü qeyd olunub
Qazaxda Milli Dirçəliş Günü qeyd olunub









Geri qayıt