Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > İcra başçısı İkinci Şıxlı kəndində fəaliyyət göstərən “Qazax Aqropark”da olub, kartof və taxıl sahələrinə baxış keçirib
İcra başçısı İkinci Şıxlı kəndində fəaliyyət göstərən “Qazax Aqropark”da olub, kartof və taxıl sahələrinə baxış keçirib15-06-2023, 15:56 |
Bu gün əminliklə deyə bilərik ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet sahələrindən biridir. Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatlar qısa müddətdə öz müsbət nəticələrini göstərir. Dövlət tərəfindən sahibkarlara, kəndli fermerlərə göstərilən dəstəyin ölkə iqtisadiyyatında böyük pay sahibi olan kənd təsərrüfatının inkişafına öz töhfəsini verir. Kənd təsərrüfatı sahəsinin neft sənayesi və tikinti sektorundan sonra ölkə iqtisadiyyatında üçüncü böyük sahə olduğu üçün aqrar sektor həm də işsizliyin aradan qaldırılmasında və əhalinin sosial vəziyyətinin yaxşılaşmasında mühüm rol oynayır. Kənd təsərrüfatının inkişafı həm də ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində aparıcı rola malikdir. Bu baxımdan aqrar siyasətin prioritet olması təsadüfi deyil və dövlətin strateji maraqlarına xidmət edir. Son illər ölkə Prezidenti İlham Əliyevin aqrar sahənin, xüsusilə də kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı imzaladığı çoxsaylı Fərman və Sərəncamları əsas götürərək bu sahəni daim diqqət mərkəzində saxlayan rayonlardan biri də məhz Qazax rayonudur. Bunu son dövrlər rayonda yeni-yeni kənd təsərrüfatı obyektlərinin, sənaye müəssisələrinin, aqroparkların yaradılmasından da aydın şəkildə görmək olar. "İnvestel GROUP” MMC tərəfindən rayonun İkinci Şıxlı kəndində tikilən “Qazax Aqropark” da ölkə Prezidentinin kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələrin uğurla icra olunmasının əyani sübutudur. Rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə yaradılan bu Aqropark eyni zamanda, yeni iş yerlərinin açılması və xeyli sayda insanın işlə təmin olunması deməkdir. İyunun 15-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə İkinci Şıxlı kəndində olub, “Qazax Aqropark”dakı, eləcə də kartof və taxıl sahələrindəki mövcud vəziyyətlə maraqlanıb. “Qazax Aqropark”ın Aqronomu Musa Məmmədov rayon rəhbərliyinə cari ildə aparılan əkin sahəsi haqqında məlumat verərək bildirib ki, bu il 384,8 hektarda kartof, 178 hektarda arpa, 214,88 hektarda buğda əkilib. Əsasən soraya, bernina, kolomna, aqila, sylvania, kafkaz sortları əkilib. M.Məmmədov 100 nəfərdən artıq insanın daimi, 300-400 nəfərin isə mövsümi olaraq Aqroparkda çalışdığını bildirib.
GOYEZEN.AZ Geri qayıt |