Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > İcra başçısı kəndlərdə qazılmış yeni subartezian quyularının mövcud vəziyyəti ilə maraqlanıb
İcra başçısı kəndlərdə qazılmış yeni subartezian quyularının mövcud vəziyyəti ilə maraqlanıb23-05-2023, 22:07 |
Son illər ölkəmizdə iqtisadiyyatın qeyri-neft sektorunda böyük çəkiyə mailk olan kənd təsərrüfatı sürətlə inkişaf etdirilir. Ölkənin artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının xüsusi çəkisinin olması təsadüfi deyil. Dövlət əhalinin ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırır və bu proses uğurla davam edir. Çünki ölkə iqtisadiyyatında kənd təsərrüfatı neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olmaqla, iş yerləri ilə təminatda da böyük pay sahibidir. Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında kənd təsərrüfatının inkişaf etdirilməsi, əkin sahələrinin suvarma suyu ilə təminatının daha da yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində ölkəmizdə mühüm tədbirlər həyata keçirilir, bu məqsədlə su anbarları, magistral kanallar və digər su təsərrüfatı obyektləri istifadəyə verilir. Ölkə Prezidentinin imzaladığı çoxsaylı Sərəncamlara əsasən istər paytaxt Bakıda, istərsə də respublikanın bütün regionlarında əhalinin içməli və suvarma suyuna olan tələbatının ödənilməsi sahəsində təqdirəlayiq işlərin görülməsi bunun bariz nümunəsidir. Dövlət başçısının bu sahədə verdiyi tapşırıqlar, qarşıya qoyduğu vəzifələr ölkəmizin hər yerində olduğu kimi, Qazax rayonunda da uğurla icra olunur. Təkcə son illər Qazax rayonunda dövlət başçısının müvafiq Sərəncamları ilə 2016-cı ildə 5, 2017-ci ildə 11, 2018-ci ildə 11, 2019-cu ildə 11 ədəd, 2020-ci ildə 14 ədəd subartezian quyusunun qazılaraq sakinlərin istifadəsinə verilməsi bu sahədə görülən işlərin əyani sübutudur. Bundan əlavə, ölkə Prezidentinin “Ağstafa və Qazax rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 13 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən Qazax rayonunun Ağköynək, Aslanbəyli, Aşağı Salahlı, Bala Çaylı, Cəfərli, Çaylı, Daş Salahlı, Xanlıqlar, Kəmərli, Qaymaqlı kəndlərinin hər birində 1 ədəd olmaqla, daha 10 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur ki, artıq həmin quyular qazılıb. Ümumiyyətlə, bu gün rayon ərazisində 205 ədəd suabartezian quyusu kənd sakinlərinin ixtiyarındadır ki, bu da onların əkin sahələrinin suvarılmasında böyük əhəmiyyət daşıyır. Mayın 23-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri, Qazax Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilov və digər aidiyyəti şəxslərlə birlikdə 2021-ci il tarixli Sərəncamla qazılan yeni subartezian quyularının istismara verilməsi ilə bağlı yerində baxış keçirib. Bununla əlaqədar rayonun Aslanbəyli, Qaymaqlı, Kəmərli və Aşağı Salahlı kəndlərində olub. Subartezian quyularının mövcud vəziyyəti ilə yerində tanış olan icra başçısı quyuların tam işlək vəziyyətdə qəbul edilməsini və sakinlərin ixtiyarına verilməsini bildirib, bəzi tapşırıq və tövsiyələrini verib. Rayon rəhbəri əkin sahələrinin suvarılması zamanı su itkisinə yol verilməməsinin vacibliyini də vurğulayıb. Xüsusilə də əkin sahələrini suvaran kənd sakinlərinin növbəlilik prinsipinə ciddi şəkildə əməl etmələrini, istər gündüz, istərsə də gecə növbəsində su itkisinin qarşısının alınması istiqamətində bütün zəruri tədbirlərin görülməsini bildirib. Aslanbəyli kəndində qazılmış yeni subartezian quyusuna baxış
Qaymaqlı kəndində qazılmış yeni subartezian quyusuna baxış
Kəmərli kəndində qazılmış yeni subartezian quyusuna baxış
Aşağı Salahlı kəndində qazılmış yeni subartezian quyusuna baxış
GOYEZEN.AZ Geri qayıt |