Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda “Ordumuz-qürurumuz, xalqımız-dayağımız” mövzusunda möhtəşəm bayram tədbiri keçiriləcəkdir
Qazaxda “Ordumuz-qürurumuz, xalqımız-dayağımız” mövzusunda möhtəşəm bayram tədbiri keçiriləcəkdir13-11-2017, 10:00 |
Qazax rayonunda hərbi vətənpərvərlik mövzusunda mütəmadi olaraq silsilə tədbirlər həyata keçirilir. Məktəblilərin, gənclərin, eləcə də xalqın müxtəlif təbəqələrinin qəlbində vətənpərvərlik hisslərinin daha da gücləndirilməsi üçün Vətəni sevmək, işğal altında olan torpaqlarımızı azad etmək, orduya dayaq olmaq hissləri aşılanır. Noyabrın 14-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ordumuz-qürurumuz, xalqımız-dayağımız” devizi altında kütləvi vətənpərvərlik bayramı keçiriləcəkdir. Böyük əhəmiyyət kəsb edən bu möhtəşəm tədbir xalqla ordunun birliyinə həsr olunmuş kütləvi bayramdır. Bu məqsədlə Qazax rayonunda və eləcə də şəhərimizdə geniş hazırlıq işləri aparılmış, tədbirin keçirildiyi Heydər Əliyev parkı bayramsayağı bəzədilmişdir. Mərasim 14 noyabr 2017-ci il tarixdə saat 10:30-da Qazax şəhərindəki Heydər Əliyev parkında başlanacaqdır. Bütün rayon sakinlərini və şəhərimizin qonaqlarını bu vətənpərvərlik bayramında iştirak etməyə dəvət edirik. GOYEZEN.AZ
Geri qayıt |