Əsas Səhifə > Manşet / Təhsil > ADA Universitetinin rektoru Hafiz Paşayev GTU-nun fəxri doktoru adına layiq görülüb

ADA Universitetinin rektoru Hafiz Paşayev GTU-nun fəxri doktoru adına layiq görülüb


20-05-2023, 12:13


ADA Universitetinin rektoru professor Hafiz Paşayev Gürcüstan Texniki Universitetinin (GTU) fəxri doktoru adına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, fəxri ad və diplom Hafiz Paşayevə mayın 19-da GTU-da təqdim olunub.

GTU-nun rektoru David Qurqenidze bildirib ki, universitetin Elmi şurası ADA Universitetinin rektoru Hafiz Paşayevin Fəxri doktor adına layiq görülməsi barədə qərar qəbul edib. O, GTU-nun fəxri doktoru diplomunu və fəxri döş nişanını Hafiz Paşayevə təqdim edib.

Professor Hafiz Paşayev onu bu yüksək mükafata layiq gördüklərinə görə GTU-nun rektoruna və Elmi şurasına minnətdarlığını bildirib.

Mərasimdə Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, səfir Faiq Quliyev, Gürcüstan təhsil və elm nazirinin müavini Nodar Papukaşvili və digər rəsmi şəxslər iştirak ediblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi, 19 may 2023-cü il


Geri qayıt