Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > İcra başçısı kəndlərdə ipəkqurdunun mövcud vəziyyəti ilə maraqlanıb

İcra başçısı kəndlərdə ipəkqurdunun mövcud vəziyyəti ilə maraqlanıb


17-05-2023, 19:17


Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, son illər ölkəmizdə kənd təsərrüfatının ənənəvi və ixracyönümlü sahələrindən olan baramaçılığın inkişafı istiqamətində mühüm işlər görülür. "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında ölkə Prezidenti İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli Sərəncamı da bu sahənin inkişafında mühüm rol oynayır. Sözügedən Sərəncamdan irəli gələn vəzifələrin icrası sayəsində ənənəvi və ixracyönümlü sahələrdən olan baramaçılığın inkişafı istiqamətində mühüm addımlar atılır. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində məqsədyönlü işlər görülür, ipəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır.

Bu il artıq səkkizinci ildir ki, Qazaxda ipəkqurdu bəslənilir. Cari ilin barama mövsümü üçün kümçülər tərəfindən 3200 kq yaş baramanın istehsalı nəzərdə tutulub. İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Aslanbəyli, Kəmərli, Qaymaqlı, Aşağı Salahlı, Orta Salahlı, Kosalar, Hüseynbəyli, Çaylı, Daş Salahlı, Xanlıqlar, Alpout, Dəmirçilər, Cəfərli kəndləri üzrə barama yetişdirən kümçülərə 80 qutu ipəkqurdu toxumu təhvil verilib.

Mayın 17-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri və Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həmid Pənahovla birlikdə rayonda ipəkqurdu toxumu paylanılmış Daş Salahlı, Orta Salahlı, Aşağı Salahlı, Kosalar, Hüseynbəyli, Alpout, Çaylı kəndlərində olub, ipəkqurdunun mövcud vəziyyəti ilə maraqlanıb.

Rayon rəhbərinə məlumat verilib ki, artıq baramaçılıqda məhsul mövsümü yaxınlaşır. Belə ki, əksər kəndlərdə ipəkqurdları dördüncü yuxunu başa vuraraq beşinci yaşa qədəm qoyub. Bir neçə gündən sonra ipəkqurdları barama sarımağa başlayacaqlar. Bir müddət sonra hər bir kümçü öz zəhmətinin bəhrəsini görəcək. Beşinci yaşda bəsləmə tədbirləri barədə danışan kümçülər qeyd ediblər ki, ipəkqurdu üçün sonuncu yaşda ən vacib məsələ yemin normativlər əsasında verilməsi, yer sıxlığının azaldılması, havalandırmanın düzgün qurulmasıdır. Yarpaqlar qurudularaq verilməlidir, əks təqdirdə, kümxanada xəstəlik yarana bilər. Kümçülər ipəkqurdu toxumunu yetişdirmək üçün əvvəlcədən tələb olunan bütün hazırlıq işlərinin görüldüyünü, otaqların lazımi istiliklə təmin edildiyini, yem bazasının təmin olunduğunu vurğulayıblar. Kəndlərdə barama yetişdirən kümçülər cari ildə də mütəxəssislərin məsləhətlərindən yararlanaraq daha çox məhsul istehsal etməyi qarşıya məqsəd qoyduqlarını söyləyiblər.

"İpəkqurdunun bəslənilməsi məsuliyyət tələb edir, əziyyət çəksək də qısa müddətdə çəkdiyimiz zəhmətin bəhrəsini görəcəyik”, - deyən kümçülər qarşıya qoyduqları məqsədə çatmaq üçün böyük səylə çalışdıqlarını qeyd ediblər.

Mövcud vəziyyətlə yerində tanış olan icra başçısı bəzi tapşırıq və tövsiyələrini verib.

Daş Salahlı kəndi

Orta Salahlı kəndi

Kosalar kəndi

Alpout kəndi

Çaylı kəndi


GOYEZEN.AZ


Geri qayıt