Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı Vətən müharibəsi iştirakçısı Cavanşir Qurbanovu qəbul edib və qayğıları ilə maraqlanıb

İcra başçısı Vətən müharibəsi iştirakçısı Cavanşir Qurbanovu qəbul edib və qayğıları ilə maraqlanıb


4-05-2023, 13:46


2020-ci il müstəqil Azərbaycanın hərb tarixinə şanlı səhifə kimi yazıldı. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük Vətən müharibəsində doğma Qarabağımız, Şuşamız, eləcə də digər torpaqlarımız işğaldan azad edildi, xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu. 27 sentyabrdan başlayan Vətən müharibəsində qazandığımız Qələbə müzəffər ordumuzun, əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində mümkün oldu. Bu Qələbə şəhidlərimizin qanı, canı bahasına əldə edildi. Şanlı Zəfərimizi bizlərə bəxş edən şəhidlərimizə, şəhid ailələrinə, yaralı döyüşçülərə, müharibə iştirakçılarına qayğı göstərmək vətəndaş olaraq hər birimizin borcudur. Hər an torpaqlarımızın düşmən tapdağından azad olunmasında canını fəda edən əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.

44 günlük Vətən müharibəsində iştirak edən və qazanılan Qələbədə payı olan oğullarımızdan biri də döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”“Xocavəndin azad olunmasına görə”, eləcə də “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş Qazax şəhər sakini, (MAHHXHQ) Qurbanov Cavanşir Arif oğludur.

Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizin ailələrinə, Birinci Qarabağ və Vətən müharibəsi əlillərinə, iştirakçılarına, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazax rayonunda da hər zaman nümunə götürülür. Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan rayon rəhbərliyi bu gün də öz ənənəsinə sadiq qalaraq şəhid ailələrini, yaralılarımızı, qazilərimizi ziyarət edir, qayğıları ilə maraqlanır.

Mayın 4-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Vətən müharibəsi iştirakçısı Cavanşir Qurbanovu qəbul edib, qayğıları, onu narahat edən məsələləri dinləyib, köməklik olunacağını bildirib. 

İcra başçısı Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycanın adını bütün dünyaya tanıdan Cavanşir kimi oğullarımızla hər birimizin fəxr etdiyini qeyd edib. Ölkə Prezidentinin də vurğuladığı kimi, şəhid ailələrinə, hərbçilərimizə, əsgərlərimizə, sağlamlığını itirən qazilərimizə, onların ailə üzvlərinə diqqət və qayğı göstərməyin hər bir dövlət məmurunun, eləcə də hər bir vətəndaşın borcu olduğunu qeyd edərək göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini bildirib. 

Cavanşir Qurbanov ölkə Prezidentinə, Birinci vitse-prezidentə və icra başçısına bütün şəhid ailələrinə, hərbçilərə, qazilərə göstərilən qayğıya görə minnətdarlığını bildirib. 

Məlumat üçün qeyd edək ki, Qurbanov Cavanşir Arif oğlu 23 iyul 1991-ci ildə Qazax şəhərində anadan olub. 1997-2008-ci illərdə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. 2009-2011-ci illərdə Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2011-2015-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. 2017-2019-cu illərdə “Molbulak BOKT” MMC-nin Qazax filialında kredit mütəxəssisi işləyib. 2019-cu ildə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi “N” saylı hərbi hissədə xidmətə başlayıb. 27.09.2020-ci il tarixdə başlamış Vətən müharibəsində Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə xidmət etdiyi “N” saylı hərbi hissənin tərkibində həmlə bölüyündə iştirak edib. Döyüş zamanı mərmi partlaması nəticəsində kəllə-beyin travması alıb. Hərbi hissədən tərxis olunub. Müharibə veteranıdır. Qazax şəhəri S.Vurğun küçəsi döngə 5, ev 5 ünvanında yaşayır. Subaydır.

Respublika Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Azərbaycan Respublikası Baş Nazirinin müvafiq Sərəncamına əsasən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub.

GOYEZEN.AZ


Geri qayıt