Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı vətəndaşın müraciəti ilə yerində tanış olub

İcra başçısı vətəndaşın müraciəti ilə yerində tanış olub


2-05-2023, 20:33


Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan dövlət siyasətinin əsasını vətəndaşlara göstərilən qayğı, vətəndaş məmnunluğunun təmin edilməsi təşkil edir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən işlər, atılan addımlar, icra olunan layihələr onu söyləməyə əsas verir ki, dövlət hər zaman öz vətəndaşının yanında olmağı əsas götürür. Ölkə başçısının verdiyi bütün tapşırıq və tövsiyələr vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına, qaldırılan məsələlərin, edilən müraciətlərin müsbət həllini tapmasına xidmət edir. 

Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr bunun əyani sübutudur.


Mayın 2-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun Aşağı Salahlı kəndində olub, kənd sakini Əzizova Sahibə Qasım qızının əkin sahəsinin suvarılması üçün suvarma suyu ilə təmin edilməsi barədə müraciətinə yerində baxış keçirib. Mövcud vəziyyətlə yerində tanış olan rayon rəhbərliyi vətəndaşa bütün kənd sakinləri kimi növbəlilik əsasında suvarma suyu ilə təmin ediləcəyini bildirib.  

Vətəndaş S.Əzizova onlara göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. Rayonda bütün sahələrdə vətəndaş amilinin əsas götürülməsinə, müraciətinə operativ şəkildə baxılmasına və bugünkü görüşə görə rayon rəhbərliyinə razılığını ifadə edib. 

GOYEZEN.AZ


Geri qayıt