Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub

İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub


28-04-2023, 21:35


Bu gün ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında yürüdülən dövlət siyasətinin əsasında vətəndaşlara göstərilən diqqət və qayğı, vətəndaş məmnunluğunun təmin edilməsi dayanır. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən işlər, atılan addımlar, icra olunan layihələr bir daha onu sübut edir ki, dövlət hər zaman öz vətəndaşının yanında olmağı əsas götürür. Ölkə başçısının verdiyi bütün tapşırıq və tövsiyələr vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına, qaldırılan məsələlərin, edilən müraciətlərin müsbət həllini tapmasına xidmət edir. 


Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr bunun əyani sübutudur.


Aprelin 28-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun Aşağı, Orta və Yuxarı Salahlı kənd sakinlərinin torpaq məsələsi ilə bağlı müraciətlərinə əsasən yerində baxış keçirib. Mövcud vəziyyətlə yerində tanış olan rayon rəhbərliyi sakinlərin istəklərini dinləyib. 

Sakinlər onlara göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Rayonda bütün sahələrdə vətəndaş amilinin əsas götürülməsinə, müraciətlərinə operativ şəkildə baxılmasına və bu gün onlarla olan görüşə görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. 


GOYEZEN.AZ


Geri qayıt