Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısının vətəndaşlarla keçirilən növbəti səyyar görüşü Ağköynək kəndində olub
İcra başçısının vətəndaşlarla keçirilən növbəti səyyar görüşü Ağköynək kəndində olub20-04-2023, 14:59 |
Ölkə Prezidenti İlham Əliyevin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr onu sübut edir ki, vətəndaş amili, vətəndaş məmnunluğu dövlət siyasətinin əsasını təşkil edir. Dövlət başçısının tapşırıq və tövsiyəsinə əsasən şəhər və rayonlarda sakinlərlə keçirilən səyyar qəbulların arxasında da vətəndaş mövqeyi dayanır. Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da olduğu kimi icra olunur. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir. Aprel ayında vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüş rayonun Ağköynək kəndində olub. Aprelin 20-də Qazax rayon Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbdə keçirilən görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, kənd sakinləri iştirak ediblər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin kənddə olan mövcud vəziyyəti öyrənmək, vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu vurğulayıb. Rayon rəhbəri bütün kəndlərdə olduğu kimi, Ağköynək kəndində yaşayan sakinlərə, onların qaldırdıqları məsələlərə həssaslıqla yanaşıldığını bildirib. Görüşdə vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb.
GOYEZEN.AZ Geri qayıt |