Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı rayonun Çaylı, Daş Salahlı kəndlərində və şəhərin Ələddin Qədirov küçəsində vətəndaşların müraciətləri ilə yerində maraqlanıb

İcra başçısı rayonun Çaylı, Daş Salahlı kəndlərində və şəhərin Ələddin Qədirov küçəsində vətəndaşların müraciətləri ilə yerində maraqlanıb


15-04-2023, 14:17


Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə yürüdülən dövlət siyasətinin əsasını vətəndaşlara göstərilən diqqət və qayğı təşkil edir. Ölkə rəhbərinin vətəndaşlarla bağlı apardığı uğurlu dövlət siyasətinin və görülən işlərin təməlində vətəndaş məmnunluğu dayanır. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən işlər, atılan addımlar, icra olunan layihələr bir daha onu sübut edir ki, dövlət hər zaman öz vətəndaşının yanında olmağı əsas götürür. Ölkə başçısının verdiyi bütün tapşırıq və tövsiyələr vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına, qaldırılan məsələlərin, edilən müraciətlərin müsbət həllini tapmasına xidmət edir. 

Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr bunun əyani sübutudur.

Aprelin 15-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ərizə ilə müraciət etmiş vətəndaşların müraciətlərinə yerində baxıb. İcra başçısı rayonun Çaylı kəndində sakinlərin su məsələsi, Daş Salahlı kəndində sakinlərin gediş-gəlişi üçün keçid yolu, şəhərin Ələddin Qədirov küçəsində vətəndaşların sel suları ilə bağlı müraciətlərini dinləyib. Mövcud vəziyyətlə yerində tanış olan rayon rəhbəri qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.  

Sakinlər onlara göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Rayonda bütün sahələrdə vətəndaş amilinin əsas götürülməsinə, qaldırdıqları məsələlərin həlli istiqamətində görüləcək işlərə görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. 

Çaylı kəndində vətəndaşların müraciətinə baxış

Daş Salahlı kəndində vətəndaşların müraciətinə baxış

Ələddin Qədirov küçəsində vətəndaşların müraciətinə baxış

GOYEZEN.AZ


Geri qayıt