Əsas Səhifə > Manşet / Sosial > Xanlıqlar kəndində yeni bağça binası istifadəyə verilib

Xanlıqlar kəndində yeni bağça binası istifadəyə verilib

6-11-2017, 15:00
Xanlıqlar kəndində yeni bağça binası istifadəyə verilib
Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da bütün sahələrlə yanaşı, azyaşlı körpələrin sağlam, hərtərəfli və düzgün böyüməsi, tərbiyə olunması üçün yeni uşaq bağçaları tikilir, əsaslı şəkildə yenidən qurulur, müasir inventar və avadanlıqlarla təmin olunur. Qazax şəhərində tikintisi başa çatdırılan 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçasının yeni binası, Daş Salahlı kəndində əsaslı şəkildə təmir olunan 2 və 3 saylı uşaq bağçaları, bu yaxınlarda Kosalar kəndində əsaslı şəkildə təmir olunaraq istifadəyə verilən 2 və 3 saylı körpələr evi-uşaq bağçaları körpə balaların müasir standartlara cavab verən şəraitdə böyümələri üçün həyata keçirilən tədbirlərin ən bariz nümunəsidir.

Bu gün əsaslı şəkildə təmir olunaraq yenidən qurulmuş Xanlıqlar kənd körpələr evi-uşaq bağçasının açılışı olub. Açılış mərasimində Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatı Ülviyyə Ağayeva, RİHB Aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, bağça müdirləri, müəllim və valideynlər, kənd sakinləri, mətbuat nümayəndələri iştirak edib.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açılış mərasimində çıxış edərək körpə fidanları, onların valideynlərini və müəllimləri, kənd sakinlərini bağçanın istifadəyə verilməsi münasibətilə səmimi qəlbdən təbrik edib, göz aydınlığı verərək ən xoş arzularını bildirib. Qeyd edib ki, ölkəmizdə uşaqlara həmişə diqqət və qayğı göstərilir və onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı respublikamızda müxtəlif tədbirlər həyata keçirilir. Bu siyasətin əsasını ulu öndər Heydər Əliyev qoyub və bu gün də dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Xanlıqlar kəndində yeni bağça binası istifadəyə verilib
Bildirib ki, bu sahədə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən də gələcəyimiz olan uşaqların sağlam və xoşbəxt böyüməsi üçün hərtərəfli və məqsədyönlü işlər görülür. Bunun nəticəsidir ki, respublikamızda müasir körpələr evi-uşaq bağçalarının tikintisi, həmçinin mövcudlarının əsaslı şəkildə yenidən qurulması ilbəil durmadan artır. Bu cür layihələrin icra edilməsi, ümumilikdə, uşaqların sosial müdafiəsinin gücləndirilməsi onların bilikli, savadlı və intellektual şəxsiyyət kimi formalaşmasında vacib rol oynayır.
Xanlıqlar kəndində yeni bağça binası istifadəyə verilib
Rəcəb Babaşov qeyd edib ki, fəaliyyətə başladığım ilk gündən körpə balaların daha yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün əlimdən gələni etmişəm. Çalışmışam ki, bu gül balalar daha müasir standartlara cavab verən bağçalarda tərbiyə olunsunlar. Daş Salahlı və Kosalar kəndlərində, eləcə də Xanlıqlar kəndində açılışını etdiyimiz yeni bağça binalarının əsaslı şəkildə yenidən qurulması buna əyani sübutdur. Bundan sonra çalışacağam ki, digər kəndlərdə olan körpələr evi-uşaq bağçaları da əsaslı şəkildə yenidən qurulsun, rayonumuzda təmir olunmamış bağça qalmasın.

Milli Məclisin deputatı Ülviyyə Ağayeva tədbirdə çıxış edərək son 1 il yarım ərzində Qazax rayonunda aparılan tikinti-quruculuq və abadlıq işlərinin yüksək keyfiyyətlə və artan templə aparılmasından danışıb. Qeyd edib ki, Qazax bu müddət ərzində durmadan inkişaf edərək öz görkəmini sözün yaxşı mənasında çox dəyişib. Bunu rayonda inşa olunan sosial obyektlərin, müəssisələrin, məktəblərin, uşaq bağçalarının istifadəyə verilməsindən, eləcə də digər sahələrdə olan inkişafdan aydın şəkildə görmək olar. Sevindirici hal odur ki, bu inkişaf şəhərlə yanaşı, kəndlərdə də uğurla davam etdirilir. Xanlıqlar kəndində əsaslı təmir olunaraq istifadəyə verilən körpələr evi-uşaq bağçası da bunun əyani sübutudur.
Xanlıqlar kəndində yeni bağça binası istifadəyə verilib
Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal Xanlıqlar kənd bağçasının əsasının bu kəndin yetirməsi olan xalq şairi Mirvarid Dilbazinin təşəbbüsü ilə qoyulduğunu qeyd edib.
Xanlıqlar kəndində yeni bağça binası istifadəyə verilib
Sonra şair Zaməddin Ziyadoğlu, Bakı Dövlət Universiteti Qazax filialının direktoru, professor Vüsət Əfəndiyev, rayon təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçasının müdiri Fəxrəndə Məmmədova, Ağköynək kənd tam orta məktəbin kimya müəllimi Sədaqət Əmirxanova, şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri İradə Mustafayeva, valideynlərdən Xatın Hüseynxanova, Şayəstə Qurbanova, qonaqlardan Səbinə Yusif və başqaları çıxış edərək böyüməkdə olan balaların yüksək şəraitdə təlim və tərbiyə almaları üçün göstərilən diqqət və qayğıdan böyük fərəh hissi keçirdiklərini bildiriblər. Uşaqlar üçün yaradılan bu gözəl şəraitə görə Respublika Prezidenti İlham Əliyevə müəllim və valideynlər, bütün kənd sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova ən xoş arzularını çatdırıblar.

Sonra söz bağçada tərbiyə alan uşaqlara verilib. Körpə fidanlar Vətən, Ana və Ordumuz haqqında şeirlər söyləyiblər. Onların oxuduqları şeirlər böyük maraqla qarşılanıb.

Uşaq bağçası binasının rəmzi açılışını bildirən lent kəsildikdən sonra tədbir iştirakçıları əsaslı şəkildə təmir olunan bağça ilə tanış olublar. Bağçanın dünənini və bu gününü özündə əks etdirən fotostendə baxdıqdan sonra yataq otaqları, mətbəx, oyun otaqları, musiqi otaqları ilə tanış olublar.
Xanlıqlar kəndində yeni bağça binası istifadəyə verilib
Sonda Rəcəb Babaşov bir daha xeyir-dua verərək bağça kollektivinə səmərəli fəaliyyət arzulayıb və ən xoş arzularını çatdırıb.

Yeni bağçada yaradılan şərait tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

Elçin İSMAYIL

Geri qayıt