Əsas Səhifə > Manşet / Rəsmi > Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayı münasibətilə paylaşım edib

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayı münasibətilə paylaşım edib


23-03-2023, 10:30


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında Ramazan ayı ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir: “Müqəddəs Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Qoy mübarək Ramazan ayı ürəklərdə saf duyğular və xoş niyyətlər oyatsın, hər bir ocağa ruzi-bərəkət, hər kəsin ailəsinə sağlıq, sevinc, səadət və əmin-amanlıq gətirsin! Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin!. 

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN”.



Geri qayıt