Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısının növbəti səyyar görüşü Qazax şəhəri Nəriman Nərimanov yaşayış massivində yaşayan bina sakinləri ilə olub

İcra başçısının növbəti səyyar görüşü Qazax şəhəri Nəriman Nərimanov yaşayış massivində yaşayan bina sakinləri ilə olub


9-03-2023, 19:42

Prezident İlham Əliyevin yürütdüyü dövlət siyasətinin əsasında vətəndaş amili dayanır ki, bu, ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələrdə də öz əksini tapır. 

Dövlət başçısının tapşırıq və tövsiyəsinə əsasən ötən ilin mart ayından etibarən şəhər və kəndlərdə keçirilən səyyar görüşlərin yenidən bərpa olunması da məhz bu məqsədi daşıyır. Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da birmənalı olaraq yerinə yetirilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir. 

İcra başçısının növbəti səyyar görüşü martın 9-da Qazax şəhəri Nəriman Nərimanov yaşayış massivində yaşayan binaların sakinləri ilə olub. Hər zaman olduğu kimi, səyyar görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, bina sakinləri iştirak ediblər. 


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bina sakinlərini salamlayaraq qarşıdan gələn Novruz bayramı münasibətilə xoş sözlərini çatdırıb. Hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib. 

Rayon rəhbəri Nəriman Nərimanov yaşayış massivində 46 çoxmənzilli yaşayış binasının yerləşdiyini, həmin binalardan 2-nin beşmərtəbəli, 41-nin ikimərtəbəli, 3-nün isə birmərtəbəli olduğunu qeyd edib. Rayonda aparılan quruculuq işlərindən söz açan icra başçısı bu binaların da blok və fasadında təmir işlərinin aparıldığını, dam örtüyünün dəyişdirildiyini bildirib. Dəmiryol və 49 saylı binaların qarşısında xeyir-şər evinin tikildiyini, bu ərazidə yerləşən 4 saylı Körpələr Evi-Uşaq bağçasının əsaslı şəkildə təmir edildiyini söyləyib. Bu günlərdə isə binaların həyətinə yeni asfalt örtüyünün vurulduğunu, bina sakinlərinin qaldırdıqları bu məsələnin də müsbət həllini tapdığını diqqətə çatdırıb. 


Rayon rəhbəri sözügedən binalarda görülməsi nəzərdə tutulan işlərdən söz açaraq yenə də abadlıq işlərinin aparılmasının nəzərdə tutulduğunu, “Abad məhəllə” kimi yenidən sakinlərə təqdim olunacağını bildirib. 

Sonra icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb.  Bina sakinlərindən Firəngiz Hacıyeva, Dilarə Nağıyeva, Rafiq Həsənov və başqaları onlarla görüşə gəldiyinə, daim qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Son illər rayonda, eləcə də yaşadıqları Nəriman Nərimanov yaşayış massivində daim yeniliklərin, binaların əsaslı şəkildə təmir olunmasının, ən son binaların həyətinə yeni asfalt örtüyünün vurulmasının əyani şahidi olduqlarını qeyd ediblər. Bu gün dövlət başçısı və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti minnətdarlıqla qarşıladıqlarını söyləyiblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə bina sakinləri adından təşəkkürlərini çatdırıblar.


Səmimi söhbət əsasında keçən görüşdə sakinlər minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlər Nəriman Nərimanov yaşayış massivində yerləşən 44 və 48 nömrəli çoxmənzilli yaşayış binalarının həyətinin işıqlandırılması, sözügedən binaların həyətinə əlavə 1 ədəd zibil qutusunun qoyulması   ilə bağlı müraciət ediblər. Vətəndaşların müraciətinə cavab olaraq qaldırılan məsələlərin nəzarətə götürülməsi və həll edilməsi aidiyyəti üzrə tapşırılıb.

GOYEZEN.AZ



Geri qayıt