Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda “Ümummilli Lider Heydər Əliyevin Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında müstəsna xidmətləri” mövzusunda tədbir keçirilib
Qazaxda “Ümummilli Lider Heydər Əliyevin Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında müstəsna xidmətləri” mövzusunda tədbir keçirilib24-02-2023, 18:42 |
Fevralın 24-də “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyevin Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında müstəsna xidmətləri” mövzusunda tədbir keçirilib. Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Ərazi partiya təşkilat sədrləri, partiya fəalları, veteranları iştirak ediblər.
Tədbir iştirakçıları, şəhid ailələri, müharibə əlilləri əvvəlcə Qazax şəhərinin mərkəzində yerləşən Şəhidlər Xiyabanını ziyarət edərək memorial önünə tər qərənfillər düzüb, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla anıblar.
Sonra YAP Qazax Rayon Təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad olunub.
Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbirdə Ulu Öndər Heydər Əliyevin, Vətən uğrunda canını fəda edən qəhrəman oğulların, Xocalı soyqırımı qurbanlarının, eləcə də qardaş Türkiyədə baş vermiş zəlzələ zamanı həlak olan insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev tədbiri giriş sözü ilə açaraq iştirakçıları rayon təşkilatının üzvləri adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. A.Nəbiyev 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlər keçirildiyini bildirib. Bugünkü tədbirin də həmin tədbirlərin davamı olduğunu, Ulu Öndərin Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasındakı misilsiz xidmətlərinə həsr olunduğunu söyləyib. A.Nəbiyev o dəhşətli faciədə 106 nəfər qadın, 63 nəfər uşaq, 40 nəfər qoca olmaqla, 613 nəfərin qətlə yetirildiyini bildirib. 8 ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideynini, 130 uşağın valideynlərindən birini itirdiyini, 56 nəfərin xüsusi amansızlıqla qətlə yetirildiyini diqqətə çatdırıb. 487 nəfərin müxtəlif dərəcəli güllə, qəlpə yarası alaraq əlil olduğunu, 1275 nəfərin erməni əsirliyinin dəhşətlərindən keçdiyini, 155 nəfərin itkin düşdüyünü söyləyib. Natiq bütün faciələrə, soyqırımlara olduğu kimi, Xocalı soyqırımına da Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra dövlət səviyyəsində qiymət verildiyini vurğulayıb. “Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”, - deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclisin “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdiyini bildirib. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edildiyini qeyd edib. Azərbaycan tarixinə dəhşətli faciə kimi yazılan Xocalı soyqırımından 31 il ötməsinə baxmayaraq heç zaman unudulmayacağını söyləyib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Xocalı soyqırımı ilə bağlı ürək sözlərini bölüşüb. İcra başçısı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda böyük bir fəlakət, insanlığa, bəşər tarixinə yaraşmayan bir vəhşiliyin törədildiyini, həmin faciə, soyqırım zamanı neçə-neçə günahsız insanın qətlə yetirildiyini qeyd edib. İcra başçısı Xocalıda yaşananların, baş verən faciənin təkcə xocalılıların faciəsi deyil, bütöv Azərbaycanın faciəsi olduğunu, həmin ağrı-acını bütün xalqımızın hiss etdiyini söyləyib. Rayon rəhbəri hər zaman olduğu kimi, bu soyqırımın da əsl mahiyyətinin dünya ictimaiyyətinə çatırılmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlər göstərdiyini bildirib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyasından söz açan icra başçısı bu kampaniya çərçivəsində Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırıldığını qeyd edib. Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmiş bu kampaniyanın bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərdiyini, 100 minlərlə şəxsin və 115 təşkilatın kampaniyanın fəaliyyətini dəstəklədiyini bildirib. Rayon rəhbəri Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdığını, 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuzun sayəsində Xocalı şəhidlərinin qanının yerdə qalmadığını, Xocalı faciəsi qurbanlarının qisasının alındığını söyləyib. İcra başçısı illər ötsə belə Vətən uğrunda canından keçən şəhidlərimizin, eləcə də soyqırım qurbanlarının heç zaman unudulmayacağını, əziz xatirələrinin dərin ehtiramla anılacağını diqqətə çatdırıb. Şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzu edib. Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, Riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məmməd Yusifov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, ürək sözlərini bölüşüb. M.Yusifov Azərbaycan tarixində xalqımızın başına gətirilən faciələrin içərisində Xocalı soyqırımının özünəməxsus yeri olduğunu söyləyib. M.Yusifov Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra ölkəmizdə dövlət səviyyəsində 20 Yanvar və digər faciələrə olduğu kimi, Xocalı soyırımına da siyasi-hüquqi qiymətin verilməsi istiqamətində misilsiz xidmətlər göstərdiyini qeyd edib. Natiq çıxışı zamanı bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü, Ulu Öndərin bu işi gənclərə həvalə etdiyini söyləyib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə start verilən “Xocalıya ədalət” kampaniyasını, kampaniya çərçivəsində gənclərin bu işdə səfərbər olmasını bunun bariz nümunəsi kimi qiymətləndirib. M.Yusifov gənclərimizin 44 günlük Vətən müharibəsində də öz sözlərini döyüş meydanında dediklərini, 30 illik həsrətə son qoyaraq işğalda olan torpaqlarımızı azad edərək soyqırım quranlarının, şəhidlərimizin qisaslarını aldıqlarını bir daha diqqətə çatdırıb. Qazax rayon Əli Əhmədov adına Qarapapaq kənd ümumi orta məktəbin direktoru, Ərazi partiya təşkilatının sədri Şəhla Bayramova, Partiya veteranı Fərhad Qocamanov çıxış edərək Xocalı faciəsinin xalqımızın qəlbində açdığı yaraların hələ də sağalmadığını, xalqmızın o gün yaşananları, soyqırım qurbanlarını unutmadıqlarını qeyd ediblər. Xocalı soyqırımının baş verdiyi o dəhşətli gecədən 31 il keçsə də heç zaman unudulmayacağını söyləyiblər. Son 3 il istisna olmaqla Xocalı soyqırımının əvvəlki ildönümlərini daha ağır keçirdiyimizi, lakin artıq 3 ildir ki, alnıaçıq, üzüağ şəkildə qeyd etdiyimizi bildiriblər. 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində soyqırım qurbanlarının və şəhidlərimizin qisaslarının alındığını bildiriblər. Tədbirdə Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin bədii qiraət dərnəyinin üzvləri Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş kompozisiya təqdim ediblər.
GOYEZEN.AZ Geri qayıt |