Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda icra başçısı "28 nömrəli Yol İstismarı" MMC-nin əməkdaşlarını peşə bayramları münasibətilə Fəxri Fərmanla təltif edib
Qazaxda icra başçısı "28 nömrəli Yol İstismarı" MMC-nin əməkdaşlarını peşə bayramları münasibətilə Fəxri Fərmanla təltif edib22-02-2023, 11:59 |
Respublika Prezidenti İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamından sonra hər il fevralın 22-si ölkəmizdə avtomobil yolları işçilərinin peşə bayramı kimi qeyd olunur. Artıq 15 ildir ki, peşə bayramını qeyd edən avtomobil yolları işçiləri ölkəmizdə gedən sosial-iqtisadi inkişafa dəstək olmaqla, Azərbaycanda yol infrastrukturunun inkişafında mühüm rol oynayırlar. İndi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biri məhz yol infrastrukturunun müasir standartlara cavab verərək yenidən qurulmasıdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkənin ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin, tunellərin və yol qurğularının, həmçinin Bakı şəhərində yerləşən avtomobil yollarının, prospektlərin və küçələrin vəziyyətinə nəzarətin həyata keçirilməsi, qorunub-saxlanılması, layihələndirilməsi, tikilməsi, cari, orta və əsaslı təmiri və bərpa edilməsi işlərinin aparılmasını həyata keçirir. Təqdirəlayiq haldır ki, dövlət başçısının diqqət və qayğısı sayəsində respublika və yerli əhəmiyyətli yeni asfalt yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlar Qazaxda da uğurla icra olunur. Son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər, Fərəhli kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutudur. Fevralın 22-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı münasibətilə və Qazax rayonunda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə “28 nömrəli Yol İstismarı” MMC-nin direktoru Məmmədrzayev Kərəm Əmirxan oğlunu və “28 nömrəli Yol İstismarı” MMC-nin baş mühasibi İbrahimov Məhəmməd Cahangir oğlunu Fəxri Fərmanla təltif edib. İcra başçısı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov başda olmaqla, agentliyin kollektivini və “28 nömrəli Yol İstismarı” MMC-nin əməkdaşlarını 22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı münasibətilə təbrik edərək, çətin və məsuliyyətli işlərində onlara uğurlar arzulayıb. “28 nömrəli Yol İstismarı” MMC-nin direktoru Kərəm Məmmədrzayev onların əməyinə verilən qiymətə və ünvanlarına səslənən xoş sözlərə görə rəhbərlik etdiyi kollektiv adından rayon rəhbərliyinə dərin minnətdarlığını bildirib. Hər zaman olduğu kimi, bundan sonra da müstəqil Azərbaycanımızın, doğma Qazaxımızın inkişafı naminə rəhbərlik etdiyi kollektivlə birlikdə böyük səylə çalışacaqlarını, əllərindən gələni əsirgəməyəcəklərini söyləyib. GOYEZEN.AZ Geri qayıt |