Əsas Səhifə > Manşet / Təhsil > Yeni Azərbaycan Partiyasının uğurlarının təməlində xalqın sevgisi və etimadı dayanır
Yeni Azərbaycan Partiyasının uğurlarının təməlində xalqın sevgisi və etimadı dayanır26-10-2017, 14:27 |
Bakı Dövlət Universitetinin Qazax filialında Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. “Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyinin inkişafındakı rolu” mövzusunda keçirilən konfransda filialın professor və müəllimləri, tələbələr iştirak edib. Konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin filialın foyesindəki büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər. Sonra filialın Heydər Əliyev auditoriyasında konfrans öz işinə başlayıb. BDU-nun Qazax filialının direktoru, coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyev giriş sözü ilə çıxış edərək bildirib ki, YAP Azərbaycanın son dərəcə ağır zamanında, ölkədəki hərc-mərcliyin baş alıb getdiyi bir dövrdə yaranıb. Qeyd edib ki, həmin illərdə Azərbaycan müstəqilliyini itirməyə doğru gedirdi. Belə bir vaxtda xalqın taleyinə laqeyd qala bilməyən insanlar ölkəmizin işıqlı gələcəyi naminə yeni partiya yaratmaq təşəbbüsü ilə çıxış ediblər. Bu məqsədlə ümummilli lider Heydər Əliyevin ətrafında sıx birləşərək Yeni Azərbaycan Partiyasını yaratmağa nail olublar. 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə təsis konfransı keçirilib və YAP-ın Proqram və Nizamnaməsi qəbul edilib, Ümummilli lider yekdilliklə partiyanın Sədri seçilib. Beləliklə müstəqil Azərbaycanın yeniliyə açıq, xalqın partiyası - Yeni Azərbaycan Partiyası yaranıb. Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov konfransda çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil, demokratik Azərbaycan ulu öndərin müəyyən etdiyi strateji xətlə inamla irəliləyir, inkişafını davam etdirir. Qeyd edib ki, Yeni Azərbaycan Partiyası xalqı öz ətrafına birləşdirərək ümumxalq partiyasına çevrilib, ölkədə demokratiyanın inkişafında aparıcı qüvvə kimi özünü təsdiqləyib. YAP-ın amalı xalqa, Vətənə, dövlətə sədaqətlə xidmət etməkdən ibarətdir. YAP xalqın mənafelərinə xidmət etmək, ölkəmizin qarşısında duran məsələləri həll etmək üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış bir partiyadır. Qısa müddət ərzində Yeni Azərbaycan Partiyası xalqın böyük əksəriyyətinin etimadını qazanıb və avanqard siyasi qüvvəyə çevrilib. Bu isə dünənin, bu günün, gələcəyin partiyasının təməlində yalnız xalqın sevgisinin, etimadının dayandığını bir daha sübut edir. YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov “YAP-ın yaradılması tarixi zərurət kimi”, dosent Məmməd Yusifov “YAP müstəqil Azərbaycanın inkişafında xüsusi yeri olan partiyadır”, filialın müəllimi Zeynəb Mustafayeva “YAP müasir Azərbaycan inkişafı tarixinin bələdçisidir”, tələbələrdən Ələmdar Əsgərov “Gənclik YAP-ın hərəkətverici qüvvəsidir” mövzularında çıxış ediblər. Elçin İSMAYIL Geri qayıt |