Əsas Səhifə > Manşet / Rəsmi / Maraq > Dövlət orqanlarının internet informasiya resurslarından istifadə üzrə ötən ilin statistikası açıqlanıb

Dövlət orqanlarının internet informasiya resurslarından istifadə üzrə ötən ilin statistikası açıqlanıb


5-02-2023, 21:55


Ötən il ərzində dövlət orqanlarının rəsmi internet resurslarına ən çox istifadəçi müraciətləri qeydə alınan domenlər məlum olub.

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.

Dövlət orqanlarının rəsmi internet resursuna toplam giriş sayına görə ilk onluqda azal.az, dim.gov.az, sosial.gov.az, butaairways.az, mod.gov.az, edu.gov.az, aztv.az, science.gov.az, idmantv.az və mia.gov.az yer alıb.

Unikal giriş sayına görə isə azal.az, dim.gov.az, sosial.gov.az, butaairways.az, edu.gov.az, asan.gov.az, mod.gov.az, taxes.gov.az, customs.gov.az və aztv.az-dır.

Hesabat dövründə yerli icra hakimiyyəti orqanlarının rəsmi internet resurslarına domenlər üzrə ən çox istifadəçi müraciətlərinə üzrə toplam giriş sayına görə ilk beşlikdə binegedi-ih.gov.az, qazax-ih.gov.az, sabunchu-ih.gov.az, salyan-ih.gov.az, qebele-ih.gov.az qərarlaşıb. Unikal giriş sayına görə isə binegedi-ih.gov.az, qebele-ih.gov.az, sabunchu-ih.gov.az, qazax-ih.gov.az, sheki-ih.gov.az-dır.

Hesabat dövründə dövlət orqanlarının rəsmi internet resurslarına ən çox istifadəçi müraciətlərinə görə ilk onluqda Azərbaycan, ABŞ, Rusiya, Türkiyə, Çin, İngiltərə, Estoniya, Almaniya, Rumıniya və Gürcüstan yer alıb.


Geri qayıt