Əsas Səhifə > Manşet / Rəsmi > Qazax Rayon İcra Hakimiyyəti başçısının 2023-cü ilin fevral ayında kəndlərdə keçirəcəyi səyyar qəbulların qrafiki
Qazax Rayon İcra Hakimiyyəti başçısının 2023-cü ilin fevral ayında kəndlərdə keçirəcəyi səyyar qəbulların qrafiki30-01-2023, 11:12 |
||||||||||||||||||||
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə yürüdülən dövlət siyasətinin əsasında vətəndaş amili dayanır ki, bu, bütün sahələrdə özünü göstərir. Ölkə rəhbərinin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr də bunu söyləməyə əsas verir. Dövlət başçısının ölkəmizdə insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun əsas götürülməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da birmənalı olaraq yerinə yetirilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə 2022-ci ilin mart ayından etibarən Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən şəhər və kəndlərdə keçirilən səyyar qəbullar da bu məqsədi daşıyır. Yanvar ayında həftədə 1 dəfə olmaqla, Canalı, Alpout, Qaymaqlı, Qazaxbəyli kəndləri üzrə 4 səyyar görüş keçirilib. Görüşlər zamanı sakinlərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli istiqamətində lazımi addımlar atılıb. 2023-cü ilin fevral ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının kəndlərdə keçirəcəyi səyyar qəbulların qrafiki isə aşağıdakı kimidir:
Qeyd: Məlumat üçün bildirək ki, 2022-ci ilin martın 3-dən başlayaraq həftədə 1 dəfə olmaqla, Quşçu Ayrım, Qarapapaq, Ağköynək, Çaylı, İkinci Şıxlı, Alpout, Yuxarı Salahlı, Kosalar, Birinci Şıxlı, Daş Salahlı, Aşağı Salahlı, Dəmirçilər, Xanlıqlar, Kəmərli, Cəfərli, Aslanbəyli, Hüseynbəyli, Orta Salahlı, Ürkməzli, Canalı, Qaymaqlı, Abbasbəyli, Bala Cəfərli, Qazaxbəyli, Bala Çaylı, Fərəhli, Məzəm kəndləri, şəhərin Bakı küçəsində yaşayan 1,2,2A saylı, N.Nərimanov qəsəbəsində 49,1,2,3 saylı, Ə.Şıxlinski küçəsində 4,5 saylı binaların sakinləri olmaqla, ümumilikdə 42 səyyar qəbul keçirilib. Geri qayıt |