Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > Bizə göstərilən diqqətə görə minnətdarıq

Bizə göstərilən diqqətə görə minnətdarıq


26-01-2023, 09:24


Respublika mətbuatı Qazax haqqında

Ölkəmizdə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərilən diqqət Qazaxda da hiss olunur. Bunu mən öz timsalımda daha aydın görürəm.
Döyüşlərdə yaralanmışam. Bir neçə dəfə xəstəxanada müalicə almışam. Bu yaxınlarda yenə müalicə üçün Qazax Rayon Mərkəzi Xəstəxanasına müraciət etdim. Mənimlə bərabər müharibə iştirakçıları olan Sücayət Abbasov, İbrahim Musayev və Tovuz döyüşlərinin iştirakçısı, 2-ci qrup müharibə əlili, çavuş Səyyar İsmayılov da həmin xəstəxanada müalicə olunurdular. Biz xəstəxanada olanda rayon rəhbərliyi və ağsaqqalları bizi yoluxmağa gəldilər. Hal-əhval tutub sağlamlıq durumumuzla maraqlandılar. Razılıq etdik, hərbçilərə, qazilərə göstərilən qayğıkeşliyə görə minnətdarlığımızı bildirdik, bu ziyarəti dövlətimizin həyata keçirdiyi siyasətin məntiqi davamı kimi dəyərləndirdik.

Cavid MUSAYEV,

2-ci qrup Vətən müharibəsi əlili,

Qazax rayonu

26 yanvar 2023-cü il, səhifə 11



Geri qayıt