Əsas Səhifə > Manşet / Rəsmi > 2022-ci il ərzində Qazax rayonunda idarə, müəssisə, təşkilat və xidmət sahələrinə 8 mindən çox vətəndaş müraciət edib

2022-ci il ərzində Qazax rayonunda idarə, müəssisə, təşkilat və xidmət sahələrinə 8 mindən çox vətəndaş müraciət edib


25-01-2023, 19:51


Bu gün ölkəmizdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğı, bütün sahələrdə vətəndaş məmnunluğunun ön plana çəkilməsi onu söyləməyə əsas verir ki, bu amil dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Bu, eyni zamanda hər bir dövlət məmuruna nümunədir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbullar onu deməyə əsas verir ki, vətəndaş məmnunluğuna hər zaman önəm verilir. Vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi bu məqsədə xidmət edir.

Qazaxda ölkə Prezidentinin, eləcə də rayon rəhbərliyinin vətəndaş amilini əsas götürməsi hər bir dövlət məmuruna örnəkdir. Qazax Rayon İcra Hakimiyyəti ilə yanaşı, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri tərəfindən də vətəndaşlar qəbul olunur, müraciətləri dinlənilir. Ölkə Prezidentinin, rayon rəhbərliyinin vətəndaşlara olan münasibətini əldə rəhbər tutan idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri öz işlərində dövlət-vətəndaş münasibətlərinin qorunmasını, dövlətin, ölkə rəhbərinin vətəndaşa olan qayğısını olduğu kimi çatdırmağı əsas götürürlər. Bunu 2022-ci il ərzində edilən müraciətlərdən və həlli istiqamətində görülmüş işlərdən də aydın şəkildə görmək olur.

2022-ci il ərzində rayon üzrə fəaliyyət göstərən bir sıra idarə, müəssisə, təşkilat və xidmət sahəsinə müxtəlif mövzularla bağlı vətəndaş müraciəti olub. Ümumilikdə, 8530 nəfər vətəndaş qəbul edilib. Onlardan 4736 nəfərin müraciəti müsbət həll olunub, 3794 nəfərə isə müvafiq izahat verilib.

Vətəndaşları dinləmək, həlli mümkün olan məsələlərdə dəstək olmaq, müvafiq izahat vermək, lazım yarandığı halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq, bir sözlə, vətəndaş məmnunluğunu təmin etmək hər bir dövlət məmurunun vəzifə borcudur. Bu, Qazaxda həm rayon rəhbərliyi, həm də rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri tərəfindən birmənalı şəkildə yerinə yetirilir. Bütün bunların arxasında isə dövlətin, ölkə rəhbərinin vətəndaşına olan qayğısı dayanır.

2022-ci il ərzində Qazax rayonu üzrə bir sıra idarə, müəssisə, təşkilat və xidmət sahələrinə müraciət etmiş vətəndaşların sayı

S/S

Müəssisənin adı

Müraciət etmiş vətəndaş sayı

Müsbət həll edilmiş

Müvafiq izahat verilib

1

Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Rayonu üzrə Təhsil Sektoru

142

6

136

2

Qazax Rayon Gənclər və İdman İdarəsi

9

8

1

3

"Azərsığorta" DŞ Qazax Rayon filialı

3

3

-

4

"Aztelekom" MMC-nin Qazax Telekommunikasiya Qovşağı

83

77

6

5

"Azərpoçt" MMC-nin Qazax Poçt Filialı

53

51

2

6

Qazax Suvarma Sistemləri İdarəsi

14

3

11

7

8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal sahəsi

159

149

10

8

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Qazax Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi

2

2

-

9

Qazax Suvarma Sistemləri İdarəsi

14

3

11

10

Qazax Dövlət Aqrar İnkişaf Mərkəzi

44

5

39

11

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qazax Rayonu üzrə Maliyyə Şöbəsi 

9

2

7

12

“Qazax Müalicə Diaqnostika Mərkəzi” Publik Hüquqi Şəxsi

292

288

4

13

“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi

721

488

233

14

DSMF-nin 1 saylı Qazax-Tovuz Regional Filialının Qazax Rayon Qəbul şöbəsi

4318

2758

1560

15

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində  Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialı

2523

822

1701

16

Qazax Elektrik Şəbəkəsi

103

53

50

17

Şəmkir Regional Qaz İstismarı İdarəsi Qazax Xidmət sahəsi

55

21

34

GOYEZEN.AZ


Geri qayıt