Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı küçə və binaların həyətlərindəki mövcud vəziyyətlə yerində tanış olub

İcra başçısı küçə və binaların həyətlərindəki mövcud vəziyyətlə yerində tanış olub


17-01-2023, 16:27


Son illər Prezident İlham Əliyev tərəfindən qəbul edilən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”larına uyğun olaraq respublikamızın bölgələrində genişmiqyaslı quruculuq işləri aparılır. Son dövrlər bunu Qazaxda aparılan abadlıq işlərinin timsalında aydın şəkildə görmək olur. Xüsusilə də ölkə başçısının tapşırığına əsasən "Azərsu” ASC tərəfindən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması bu dediklərimizin bariz nümunəsidir. 

Şəhərin Heydər Əliyev prospektində, Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə çəkilişdən sonra yeni asfalt örtüyü vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65,81,83,175,179 saylı, Azadlıq küçəsində yerləşən 31A,92,107,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4,5, Ələddin Qədirov küçəsində yerləşən 2,3,4 saylı, Hüseyn Arif küçəsində yerləşən "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.

Rayonda aparılan abadlıq-quruculuq işləri bu il də uğurla davam etdiriləcək. 

Yanvarın 17-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə şəhərin Aslan Kəmərli, Bakı küçələrində və Nəriman Nərimanov yaşayış massivində yerləşən yaşayış binalarının həyətindəki mövcud vəziyyətlə yerində tanış olub. 

İcra başçısı adı çəkilən küçələrdə və yaşayış binalarının həyətində səliqə-sahman yaradılmasını bildirib, nəqliyyat vasitələrinin və vətəndaşların rahatlığını təmin etmək məqsədilə bir sıra işlər görülməsi barədə aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.

Aslan Kəmərli küçəsinə baxış

Bakı küçəsinə baxış




Nəriman Nərimanov yaşayış massivində yerləşən binaların həyətinə baxış

GOYEZEN.AZ


Geri qayıt