Əsas Səhifə > Manşet / Sosial > Tələbkarlıq və nəzarət yüksək olanda

Tələbkarlıq və nəzarət yüksək olanda


19-10-2017, 15:39
Tələbkarlıq və nəzarət yüksək olanda
Bu gün Qazax rayonunun mərkəzində, eləcə də kəndlərində geniş tikinti-quruculuq işləri aparılır. Bu quruculuq işləri yüksək tələbkarlıq və nəzarət altında həyata keçirilir. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov mütəmadi olaraq tikinti aparılan yerlərə baş çəkir, öz tapşırıq və tövsiyələrini verir.

Bu gün rayon rəhbərliyi Daş Salahlı, Çaylı, Kommuna və Xanlıqlar kəndlərində həyata keçirilən tikinti-quruculuq işlərinin gedişi ilə tanış olmaq üçün həmin kəndlərdə olub.

“Mətanət A” şirkəti tərəfindən rayonumuzda tikilən Əhəng zavodunun inşası ilə tanış olan İcra Başçısı işlərin sürətinin daha da artırılmasını tapşırıb və əlavə bir sıra göstərişlər verib. Rayon rəhbərinə məlumat verilib ki, zavodda son tamamlanma işləri aparılır, yaxın günlərdə açılışa tam hazır olacaqdır.

Kəndin mərkəzində əsaslı şəkildə yenidən qurulmuş Böyük Vətən Müharibəsində həlak olanların xatirə abidə kompleksinə gələn İcra Başçısı burada görülən işlərdən razılığını bldirib. Son tamamlanma işləri aparılan abidə-kompleksinə sanki yeni bir həyat verilib.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov burada abidə ətrafına toplaşmış sakinlərlə görüşüb. Sakinlərdən Cəfər Göyüşov, Qəhrəman İsmiyev, Qulu Quluyev və başqaları çıxış edərək Daş Salahlı kəndində həyata keçirilən tikinti-quruculuq işlərinə, abidə kompleksin əsaslı şəkildə yenidən bərpa edilməsinə görə Ölkə Başçısı İlham Əliyevə, rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.

Görüşdə iştirak edən Böyük Vətən Müharibəsi, Əmək və Silahlı Qüvvələr Veteranı İctimai Birliyinin Qazax rayon şöbəsinin sədri Xanqulu Süleymanov bərpa edilən abidə kompleksin müharibə veteranlarına, ağsaqqallara göstərilən ehtiramın ən parlaq nümunəsi olduğunu söyləyib və yüksək qiymətləndirib.

Sonra rayon rəhbərliyi Çaylı kəndinə çəkilən asfalt yolda görülən işlərin gedişi ilə tanış olub. İcra başçısına məlumat verilib ki, 6 km uzunluğu olan bu yolda son tamamlanma işləri görülür. Yaxın günlərdə əhalinin istifadəsinə veriləcəkdir.

Kommuna kəndinə çəkilmiş asfalt yolda aparılan işlərlə tanış olan rayon rəhbəri razılığını bildirib. Qeyd edib ki, 2,65 kilometrlik uzunluğunda olan bu yoldan səmərəli istifadə olunmalı və hamılıqla nəzarət edilib qorunmalıdır.

Xanlıqlar kəndindəki körpələr evi-uşaq bağçası əsaslı şəkildə yenidən qurulur. Aparılan işlərlə tanış olan İcra Başçısı burada körpələr üçün yüksək şəraitin yaradılmasından ötrü lazımi tapşırıq və göstərişlərini verib. Daha sonra rayon rəhbərliyi kənd icra nümayəndəliyi üçün təmir edilən iş otaqlarında görülən işlərlə də maraqlanıb.

Elçin İSMAYIL

Tələbkarlıq və nəzarət yüksək olanda
Tələbkarlıq və nəzarət yüksək olanda
Tələbkarlıq və nəzarət yüksək olanda
Tələbkarlıq və nəzarət yüksək olanda
Tələbkarlıq və nəzarət yüksək olanda
Tələbkarlıq və nəzarət yüksək olanda
Tələbkarlıq və nəzarət yüksək olanda
Tələbkarlıq və nəzarət yüksək olanda
Tələbkarlıq və nəzarət yüksək olanda
Tələbkarlıq və nəzarət yüksək olanda
Tələbkarlıq və nəzarət yüksək olanda
Tələbkarlıq və nəzarət yüksək olanda
Tələbkarlıq və nəzarət yüksək olanda
Tələbkarlıq və nəzarət yüksək olanda
Tələbkarlıq və nəzarət yüksək olanda
Tələbkarlıq və nəzarət yüksək olanda
Tələbkarlıq və nəzarət yüksək olanda
Tələbkarlıq və nəzarət yüksək olanda
Tələbkarlıq və nəzarət yüksək olanda
Tələbkarlıq və nəzarət yüksək olanda
Geri qayıt