Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı vətəndaşların müraciətini fərdi şəkildə dinləyib
İcra başçısı vətəndaşların müraciətini fərdi şəkildə dinləyib14-12-2022, 19:35 |
Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın hər zaman vətəndaş amilini ön plana çəkmələri, vətəndaşlara göstərdikləri qayğı hər bir dövlət məmuruna nümunədir. Bu gün vətəndaş məmnunluğunun təmin olunması, bütün sahələrdə vətəndaş amilinin əsas götürülməsi dövlət siyasətinin ana xəttini təşkil edir. Ən əsası da ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələr bu məqsədi daşıyır. Vətəndaş amili Qazaxda da hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı bunu söyləməyə əsas verir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir. Dekabrın 14-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov daha bir qrup vətəndaşı istəklərinə əsasən fərdi şəkildə qəbul edib, müraciətlərini dinləyib. Qaymaqlı kənd sakini Kazımov Kazım Abdulla oğlunun 60 illik yubileyinin qeyd olunması istəyini dinlyən icra başçısı onun bu arzusunun yüksək səviyyədə təmin ediləcəyini bildirib. Dəmirçilər kənd sakini, 2-ci qrup Qarabağ müharibəsi əlili mərhum Məmmədov Azər Eyyub oğlunun həyat yoldaşı Məmmədova Günay Rizvan qızını qəbul edən rayon rəhbəri qazimizə Allahdan rəhmət diləyib, bir daha başsağlığı verib, hər an dəstək olmağa hazır olduğunu qeyd edib. Mərhum qazimizin həyat yoldaşına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialında olan boş vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə tapşırıq verib. GOYEZEN.AZ Geri qayıt |