Əsas Səhifə > Manşet / Rəsmi > YAP Qazax Rayon Təşkilatında Ulu Öndərin anım günü ilə əlaqədar tədbir keçirilib
YAP Qazax Rayon Təşkilatında Ulu Öndərin anım günü ilə əlaqədar tədbir keçirilib12-12-2022, 16:54 |
Bu gün Ümummilli Lider Heydər Əliyevin vəfatından 19 il ötür. Xalqımız Ulu Öndərin xilaskarlıq və quruculuq missiyasını unutmur və heç vaxt unutmayacaq. Ötən əsrin 90-cı illərində çox ağır, böhranlı vəziyyətə düçar olmuş Azərbaycan xalqı öz xilasına, bugünkü tərəqqisinə görə özünü Heydər Əliyevə borclu sayır. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Ulu Öndər Heydər Əliyev anım günündə ehtiramla yad olunub. Dekabrın 12-də Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, idarə, müəssisə, təşkilat rəhbərləri, partiya veteranları, ərazi partiya təşkilat sədrləri, Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər. YAP Qazax Rayon Təşkilatında davam edən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndərə həsr olunmuş tədbirin əhəmiyyətindən danışıb. A.Nəbiyev qeyd edib ki, Ulu Öndərin doğma Vətənə qayıdışını xalqımız bu gün də qürurla xatırlayır. Xalqın tələbi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi və iyunun 24-dən Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Prezident seçilməsi Azərbaycan xalqını qurtuluşa aparan yolun ilk addımı oldu. Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. A.Nəbiyev bildirib ki, Ulu Öndərin siyasəti nəticəsində Azərbaycan inkişaf edib, onun beynəlxalq aləmdə nüfuzu yüksəlib, ölkəmiz yeni iqtisadi uğurlara imza atıb. Bu gün də ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilməkdədir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Ümummilli Lider Heydər Əliyevin ünvanına səmimi ürək sözlərini çatdıraraq Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən danışıb. Rayon rəhbəri Dahi şəxsiyyətin hələ neçə nəsillərə örnək olacaq həyatını və siyasi fəaliyyətini təbliğ etmək, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri, göstərdiyi fədakarlıqları bir daha xatırlamaq, Ulu Öndər məfkurəsinin, müəllifi olduğu azərbaycançılıq ideologiyasını və siyasi irsini təbliğ etmək məqsədilə Ulu Öndərin abidəsinin və adını daşıyan Mərkəzin idarə, müəssisə, təşkilat rəhbərləri, əməkdaşları, ictimaiyyət nümayəndələri tərəfindən ziyarət olunduğunu diqqətə çatdırıb. Bugünkü tədbirin də rayonda keçirilən həmin silsilə tədbirlərin davamı olduğunu qeyd edib. İcra başçısı bildirib ki, Ulu Öndərin keçdiyi yola, 1969-cu ildən 2003-cü ilə qədər olan dövrə nəzər salsaq görərik ki, elə bir sahə yoxdur ki, orada Ulu Öndərin izi olmasın. Ölkəmizdə elmin, təhsilin, səhiyyənin, mədəniyyətin, incəsənətin, iqtisadiyyatın, kənd təsərrüfatının, sənayenin, bir sözlə, bütün sahələrin inkişafının Ulu Öndərin adı ilə bağlı olduğunu söyləyib. Xüsusilə də Azərbaycanın dağılmaq, parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda ölkəmizi bu bəladan xilas edən yeganə şəxsiyyət kimi Ulu Öndərin bu fədakarlığını xalqımızın heç zaman unutmayacağını söyləyib. Rayon rəhbəri Ulu Öndərin xalqına ən böyük töhfələrindən birinin ölkənin tarixində yeni inkişaf mərhələsinin təcəssümü olan “Əsrin müqaviləsi”nin Azərbaycan dövlətinin tarixinə qızıl hərflərlə yazıldığını, “Əsrin müqaviləsi”nin Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdiyini vurğulayıb. “Ulu Öndər hər zaman əminliklə söyləyirdi ki, biz mütləq Şuşaya qayıdacağıq. Çünki özü qədər inandığı, özü qədər siyasətə malik olan İlham Əliyevi onun bu arzusunu reallaşdırmağa qadir olan bir lider kimi görürdü”, - deyən icra başçısı Müzəffər Ali Baş Komandanın ata vəsiyyətini layiqincə yerinə yetirdiyini söyləyib. Bu gün işğalda olan torpaqlarımızın azad olunması ilə dahi rəhbərin ruhunun şad olduğunu bildirib. 2023-cü ilin ölkə başçısının müvafiq Sərəncamı ilə “Heydər Əliyev İli” elan olunduğunu qeyd edən rayon rəhbəri bu Sərəncamın Azərbaycan xalqının böyük oğluna olan sonsuz hörmət və ehtiramını bir daha nümayiş etdirmək üçün Prezidentin bizlərə ən böyük töhfəsi kimi qiymətləndirib. Bizi qarşıda daha məsuliyyətli, Ulu Öndərin adına layiq tədbirlərin keçiriləcəyi bir ilin gözlədiyini qeyd edib. İcra başçısı Ulu Öndərin 1971, 1979 və 1998-ci illərdə Qazaxa olan səfərlərindən söz açaraq hər səfərin qazaxlıların yaddaşına ən ülvi hisslərlə həkk olduğunu, rayonun inkişaf etməsinə bir töhfə olduğunu bildirib. Qazaxlıların da “Heydər Əliyev İli”nə dahi rəhbərin adına layiq şəkildə hazırlaşdıqlarını, 100 illik yubileyinin böyük təntənə ilə qeyd ediləcəyini, bunun üçün Tədbirlər Planının hazırlandığını da diqqətə çatdırıb. Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, Riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məmməd Yusifov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, ürək sözlərini bölüşüb. M.Yusifov qeyd edib ki, bu gün təkcə dahi şəxsiyyətin anım gününü qeyd edib onu yada salmırıq, eyni zamanda onun yaşadığı ömrü, Azərbaycan tarixinin ayrılmaz hissəsini xatırladırıq. M.Yusifov qeyd edib ki, 20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır və bu, Ulu Öndərin siyasi iradəsinin nəticəsidir. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını qarşısında ittiham etdi, ifşaedici və cəsarətli bir bəyanat verdi. Natiq bildirib ki, Ulu Öndər Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçildi. Ulu Öndərin təcrübəsi və siyasi peşəkarlığı sayəsində YAP ölkənin ən böyük və effektiv siyasi qüvvəsinə çevrildi. Partiya Heydər Əliyevin ətrafında yarandı, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Bu gün nə xoş bizlərə ki, Ulu Öndərin ideyaları onun özü qədər inandığı Prezident. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yaşadılır. Müstəqil Azərbaycan əmin addımlarla inkişafa doğru irəliləyir. Təqaüddə olan respublikanın Əməkdar müəllimi Bəsti Ələkbərova çıxış edərək Ulu Öndər Heydər Əliyevlə olan xatirələrini bölüşüb, Dahi şəxsiyyəti hörmət və ehtiramla yad edib. 1998-ci ilin 25 sentyabrında, müstəqillik əldə etdikdən sonra Azərbaycan qadınlarının ilk Qurultayının keçirildiyini, həmin qurultayda Ulu Öndərin Azərbaycan qadınlarına çox yüksək qiymət verdiyini bildirib. Qadınlara verilən bu cür yüksək qiymətlə, Ulu Öndərin səsləndirdiyi dəyərli və qiymətli fikirlərlə, sözlərlə Azərbaycan qadınlarını bir daha zirvələrə qaldırdığını söyləyib. YAP Qazax Rayon Təşkilatı aparatında məsləhətçi Polad Ağakişiyev çıxış edərək bu gün təkcə müstəqil Azərbaycanımızda deyil, bütün türk dünyasında Ulu Öndərin anım günündə ehtiramla yad edildiyini bildirib. Ümummilli Liderin 1969-cu ildən bu yana, xüsusilə də 1993-cü ildən 2003-cü ilə kimi olan dövrdə gördüyü işləri, misilsiz xidmətləri xalqımızın heç zaman unutmayacağını bildirib. Ən böyük azərbaycanlı olan Heydər Əliyevin bizlərə 3 böyük əmanət – müstəqil Azərbaycan dövlətini, Müzəffər Ali Baş Komandan İlham Əliyevi və Yeni Azərbaycan Partiyasını miras qoyduğunu dilə gətirib. Partiya fəalı Fəridə Xuduyeva çıxış edərək bir gənc kimi Ulu Öndərlə bağlı fikirlərini bölüşüb, Dahi şəxsiyyətin gənclərə, xüsusilə də çalışdığı kitabxana sahəsinə göstərdiyi diqqət və qayğıdan söz açıb. Ümummilli Liderin kitabxana sisteminin inkişafı istiqamətində imzaladığı sənədlərdən danışan gənc kitabxanaçı həmin sənədlərdən bu gün də bəhrələndiklərini qeyd edib. Ekologiya Ərazi ilk partiya təşkilatının sədr müavini Afət Eyyubova çıxış edərək Ulu Öndər Heydər Əliyev haqqında səmimi ürək sözlərini bölüşüb, onu cismən itirsək də, qəlblərdə, ürəklərdə tapdığımızı, yaşatdığımızı söyləyib. Dahi şəxsiyyətə həsr etdiyi şeirlə ehtiramını ifadə edib. Kosalar kənd ağsaqqalı, şair Cavanşir Rüstəm, Qaymaqlı kənd Folklor evinin müdiri Kazım Kazımov Ulu Öndərə həsr etdikləri şeir töhfəsi ilə ehtiramlarını bildiriblər. Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü, Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Səadət Pirməmədova Ulu Öndərə həsr olunmuş şeiri səsləndirərək dahi rəhbərə olan hörmət və ehtiramını çatdırıb. Çıxışlarda ümumi bir fikir ifadə olunub ki, Ümummilli Lider Heydər Əliyev bütün ictimai-siyasi fəaliyyəti dövründə Azərbaycanın inkişafına çalışıb. Dahi rəhbər Heydər Əliyevin ideyaları Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. GOYEZEN.AZ Geri qayıt |