Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı vətəndaşları fərdi şəkildə qəbul edib

İcra başçısı vətəndaşları fərdi şəkildə qəbul edib


6-12-2022, 18:48


Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə vətəndaşlara göstərdikləri qayğı hər bir dövlət məmuruna nümunədir. Bu gün vətəndaş məmnunluğunun təmin olunması, bütün sahələrdə vətəndaş amilinin əsas götürülməsi dövlət siyasətinin ana xəttini təşkil edir. Ən əsası da ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələr bu məqsədi daşıyır. 

Vətəndaş amili Qazaxda da hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı bunu söyləməyə əsas verir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.


Dekabrın 6-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov daha bir qrup vətəndaşı istəklərinə əsasən fərdi şəkildə qəbul edib, müraciətlərini dinləyib. 

Qazax şəhər sakini Quliyeva Türkan Çingiz qızının, Məmmədov Mehman Rafiq oğlunun, Canalı kənd sakini Yusifov Samir Cahangir oğlunun müxtəlif məzmunlu müraciətləri müvafiq olaraq cavablandırılıb. Vətəndaşların işlə təmin edilməsində köməklik göstərilməsi ilə bağlı müraciətlərinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialı ilə əlaqə saxlamaları bildirilib. Məşğulluq Mərkəzində olan boş vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə tapşırıq verilib.

GOYEZEN.AZ


Geri qayıt