Əsas Səhifə > Manşet / İdman > Respublika birinciliyinin qalibləri mükafatlandırılıb

Respublika birinciliyinin qalibləri mükafatlandırılıb

10-10-2017, 15:39
Respublika birinciliyinin qalibləri mükafatlandırılıb
Ağır atletika üzrə 2005-2006-cı il təvəllüdlü yeniyetmələr arasında keçirilən Yeniyetmələrin XI Respublika Oyunlarının final yarışlarında qazaxlı idmançılar fərqlənərək birinciliyin qızıl medallarına layiq görülüblər. Xaçmaz şəhər Olimpiya İdman Kompleksində 2-6 oktyabrda keçirilən birincilikdə idmançılarımız 6 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

Bu gün Qazax rayon İcra Hakimiyyətində həmin idmançıların mükafatlandırma mərasimi keçirilib. Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova çıxış edərək idmançıları təbrik edib və onlara daha böyük idman qələbələri arzulayıb.
Respublika birinciliyinin qalibləri mükafatlandırılıb
Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, komandanın baş məşqçisi, SSRİ idman ustası, fəxri bədən tərbiyəsi və idman işçisi Nizami Qasımov, idman ustası, respublikanın əməkdar məşqçisi Rəayət Abdalov, RİHB Aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Məhəmməd Orucov, aparıcı məsləhətçi-psixoloq Kəmalə Cəfərova çıxış edərək idmana və idmançılara göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevaya və rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda qalib idmançılara qiymətli hədiyyələr təqdim olunub, onların məqçi-müəllimləri isə rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif ediliblər.

GOYEZEN.AZ

Geri qayıt