Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda icra başçısı ailə həyatı quran Vətən müharibəsi iştirakçısı Pərvin Umudovu təbrik edib

Qazaxda icra başçısı ailə həyatı quran Vətən müharibəsi iştirakçısı Pərvin Umudovu təbrik edib


4-10-2022, 21:32


Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 2020-ci il sentyabrın 27-də başlayan və şanlı Zəfərlə başa çatan 44 günlük İkinci Qarabağ müharibəsi hərb tariximizə Qələbə səhifəsi kimi yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin "İrəli!” əmrini layiqincə yerinə yetirərək Vətən torpaqlarının ərazi bütövlüyünü bərpa etmək üçün ön cəbhədə döyüşən hərbçilərimizə, əsgərlərimizə, Vətən uğrunda canından keçən şəhidlərimizin ailələrinə, sağlamlığını itirən qazilərimizə diqqət ayırmaq, qayğı göstərmək, sahib çıxmaq kimi amillər Qazaxda hər zaman ön planda olub və bu gün də olmaqdadır. 

Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, yaralılarımıza göstərdiyi qayğını əldə rəhbər tutan rayon rəhbərliyi fəaliyyətə başladığı ilk gündən hərbçilərimizə qayğı ilə yanaşır, şəhidlərimizin, yaralılarımızın ailələrini daim diqqətdə saxlayır. 

44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbədə payı olan oğullarımızdan biri də Vətən müharibəsi iştirakçısı, Aslanbəyli kənd sakini, əsgər Umudov Pərvin Məsmalı oğludurTorpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən Pərvin Umudov kimi oğullarımızla bu gün hər birimiz fəxr edirik. 

Bu gün ölkə Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”  “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Pərvin Umudovun ailəsində xoş gündür. İgid Vətən oğlu ailə həyatı qurur. 


Rəhbər təyin olunduğu ilk gündən şəhid ailələrinə, qazilərimizə qayğı ilə yanaşan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Pərvinin xoş günündə də onun yanında olub. 

İcra başçısı Rəcəb Babaşov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirovla birlikdə Pərvin Umudovun toy mərasimində iştirak edib.


Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində bizləri Qələbə ilə sevindirən Pərvin Umudovu ailə qurması münasibətilə təbrik edən icra başçısı ona yenicə qədəm qoyduqları həyatlarında xoşbəxtlik, ailə səadəti arzulayıb. “Bu gün hər birimiz torpaqlarımızın düşmən tapdağından azad olunmasına görə Ali Baş Komandana, canını Vətənə fəda edən şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə, Pərvin, Pərviz kimi igid oğullarımıza borcluyuq. Hər birimizin borcudur ki, şəhid ailələrinin, qazilərimizin, müharibədə iştirak edən oğulların yanında olaq. Onların kədərli günlərində olduğu kimi, sevincli günlərinə də şahidlik edək. Bu gün özümə borc bildim ki, qəhrəman Vətən oğlunun xoş günündə yanında olum”, - deyən icra başçısı əlamətdar gün münasibətilə təbrik edib. Səmimi ürək sözlərini və arzularını çatdıran rayon rəhbəri gənclərə toy hədiyyəsini təqdim edərək onların valideynlərinə bir daha gözaydınlığı verib.


Vətən müharibəsi iştirakçısı, “Şöhrət” ordenli, “Tərəqqi” medallı, "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" təltifli idman ustası, Sərhədçi İdman Mərkəzinin İdman Bölməsinin rəisi, polkovnik Firdovsi Umudov şəhid ailələrinə, qazilərimizə göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Əmisi oğlunun xoş günündə onların yanında olan rayon rəhbərliyinə Umudovlar ailəsi adından təşəkkür edib. Bugünkü gündə onların yanında olmasını dövlət qayğısının bariz nümunəsi kimi qiymətləndirib.

Onu da qeyd edək ki, Pərvinin qardaşı Pərviz Umudov da 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. Pərviz Umudovun döyüş meydanında göstərdiyi igidlik Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. O, ölkə başçısının müvafiq Sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

GOYEZEN.AZ


Geri qayıt