Əsas Səhifə > Manşet / Rəsmi > Növbəti səyyar görüş sərhəd kəndi Məzəmdə yaşayan sakinlərlə olub
Növbəti səyyar görüş sərhəd kəndi Məzəmdə yaşayan sakinlərlə olub22-09-2022, 21:02 |
Cənab Prezident İlham Əliyev tərəfindən ölkəmizdə yürüdülən dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir ki, bu, bütün sahələrdə öz əksini tapır. Xüsusilə də ölkə rəhbərinin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr bu məqsədə xidmət edir. Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, vətəndaşların qayğılarına həssaslıqla yanaşılması, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə cari ilin mart ayından şəhər və kəndlərdə yenidən keçirilən səyyar qəbulların kökündə də vətəndaş amili dayanır. Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının sentyabr ayında vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü sərhəd kəndi Məzəmdə yaşayan sakinlərlə olub. Sentyabrın 22-də Məzəm kənd ibtidai məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, kənd sakinlərinin iştirakı ilə keçirilən görüşdə respublikamızda və rayonda aparılan quruculuq işlərindən söhbət açılıb, sakinləri narahat edən məsələlər dinlənilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Pandemiyadan sonra ilk dəfə olaraq keçirilən görüşün məqsəd və əhəmiyyətindən söz açan icra başçısı bugünkü görüşün təməlində vətəndaş məmnunluğunun dayandığını, səyyar görüşün əsas məqsədinin sakinləri narahat edən məsələləri özlərinin dilindən öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etməyə, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmağa yönəldiyini bildirib. İcra başçısı fəaliyyətə başladığı ilk gündən sərhəd kəndlərinə, o cümlədən Məzəmdə yaşayan sakinlərə daim qayğı ilə yanaşdığını, sakinlərin səsləndirdikləri hər bir məsələnin həlli istiqamətində lazımi addımların atıldığını qeyd edib. Kənddə su probleminin olduğunu vurğulayan rayon rəhbəri bu məsələnin daim gündəmdə olan bir məsələ olduğunu söyləyib. Qaymaqlı, Kəmərli, Aslanbəyli kəndlərində su ilə bağlı məsələnin köklü şəkildə müsbət həllini tapması üçün lazımi addımların atıldığını, Məzəm, Quşçu Ayrım kəndlərində də nəzərdə tutulduğunu qeyd edib. 2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbədən söz açan icra başçısı həmin qələbədə Qazaxın igid oğullarının da payı olduğunu söyləyib. Rayon rəhbəri istər Birinci Qarabağ, istər Aprel, istər İyul döyüşləri, istərsə də 44 günlük Vətən müharibəsində şəhid olan oğullarımızın illər ötsə belə heç zaman unudulmayacağını qeyd edib. Rayon rəhbəri şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib. Son illər rayonda aparılan genişmiqyaslı quruculuq işlərindən danışan icra başçısı ən böyük layihələrdən olan şəhərin su-kanalizasiya sisteminin yenidən qurulduğunu, çəkilişdən sonra prospekt və küçələrdə, eləcə də şəhərdə yerləşən çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işlərinin aparıldığını qeyd edib. Rayon rəhbəri təhsil sahəsinə göstərilən dövlət qayğısının bariz nümunəsi kimi ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsini göstərib. Sonra icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Sakinlər onlarla görüşə gəldiyinə, göstərilən qayğıya görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. Ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər. Görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərdən Məmmədov Şofiq Məhəmməd oğlunun, Süleymanov Süleyman Musa oğlunun, Süleymanov Bəhruz Novruz oğlunun, Əliyev Mamed Dilənçi oğlunun Məzəm kənd sakinlərinin elektrik sayğaclarının abonent kodlarında yaranmış köhnə borcların araşdırılmasına köməklik göstərilməsi, Məmmədov Məqsəd Mehdi oğlunun, Məmmədov Misir Mehdi oğlunun kənddə suvarma suyunun yaxşılaşdırılması məqsədilə quraşdırılmış nasosun Qazax Suvarma Sistemləri İdarəsinin balansında olan elektrik sayğacına birləşdirilməsi ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri səslənən hər bir məsələyə diqqətlə baxılacağını, həssaslıqla yanaşılacağını bildirib.
GOYEZEN.AZ Geri qayıt |