Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı vətəndaşların müraciətini fərdi şəkildə dinləyib

İcra başçısı vətəndaşların müraciətini fərdi şəkildə dinləyib


22-09-2022, 18:42


Ölkəmizdə cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğı bütün sahələrdə öz əksini tapır ki, bu, hər bir dövlət məmuruna örnəkdir. Vətəndaş məmnunluğunun təmin olunması, vətəndaş amilinin əsas götürülməsi dövlət siyasətinin ana xəttini təşkil edir. Ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələr də bu məqsədə xidmət edir.

Vətəndaş amili Qazaxda da hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı bunu söyləməyə əsas verir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.  


Sentyabrın 22-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov daha bir qrup vətəndaşı istəklərinə əsasən fərdi şəkildə qəbul edib.

Qazax şəhər sakini Əliyev Bəxtiyar Hüseyn oğlunun, Bağanıs Ayrım kənd sakini Əsgərli Səxavət Farmuz oğlunun, Aslanbəyli kənd sakini Məmmədov Xəyal Valeh oğlunun, Dəmirçilər kənd sakini Cəfərov Oruc Fizuli oğlunun, Xanlıqlar kənd sakini Məmmədova Səmər Nağı qızının müxtəlif məzmunlu müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb. Vətəndaşların işlə təmin olunma ilə bağlı müraciətlərinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialı ilə əlaqə saxlamaları bildirilib. Məşğulluq Mərkəzində olan boş vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə tapşırıq verilib.

GOYEZEN.AZ


Geri qayıt