Əsas Səhifə > Manşet / Sosial > Keyfiyyətlə görülən sürətli işlər öz bəhrəsini verir
Keyfiyyətlə görülən sürətli işlər öz bəhrəsini verir27-09-2017, 16:24 |
Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Bunun nəticəsidir ki, rayonumuzun siması gündən-günə daha da gözəlləşir, yeni-yeni sosial obyektlər tikilir və istifadəyə verilməkdədir. Bütün bunlar əhalinin sosial rifah halının yüksəlməsinə, insanların gözəl və daha rahat şəkildə yaşamasına gətirib çıxarır. Bu gün respublikamızda, eləcə də rayonumuzda inkişaf etdirilən sahələrdən biri də xalçaçılıqdır. Bu məqsədlə bir neçə aydır ki, rayonumuzda Xalça müəssisəsinin tikintisinə başlanılıb. Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün yeni istehsalat müəssisəsinin inşası ilə tanış olub. Rayon rəhbərliyinə məlumat verilib ki, “Azərxalça” ASC tərəfindən inşa edilən müəssisədə tikinti işləri yekunlaşmaq üzrədir. Görülən işləri bir-bir nəzərdən keçirtdikdən sonra İcra Başçısı işlərin tez bir zamanda başa çatdırılması üçün lazım gələn bütün köməkliklərin göstərilməsinə hazır olduqlarını bildirib. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov eyni zamanda Heydər Əliyev prospektində aparılan təmir-tikinti işləri ilə yaxından tanış olub, lazımi tapşırıq və tövsiyələrini verib. Sonra rayon rəhbəri Azadlıq küçəsi 32 ünvanında yerləşən ikimərtəbəli binada aparılmış təmir işlərinə baxıb. Binada yaşayan sakinlər Respublika Prezidenti İlham Əliyevə minnətdalıqlarını bildirərək qeyd ediblər ki, bu gün Qazax şəhərində keyfiyyətlə görülən sürətli işlər öz bəhrəsini verir, şəhərimiz gündən-günə daha abad və yaraşıqlı olur. GOYEZEN.AZ Geri qayıt |