Əsas Səhifə > Manşet / Rəsmi > Həftə ərzində müraciət etmiş vətəndaşlar dinlənilib

Həftə ərzində müraciət etmiş vətəndaşlar dinlənilib


12-08-2022, 14:41


Prezident İlham Əliyevin “Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlarına ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq” fikirləri bir daha onu göstərir ki, vətəndaş amili, vətəndaş məmnunluğu hər zaman dövlət siyasətinin prioritet istiqamətidir. 

Ölkəmizdə dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanması Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğıda hər zaman öz əksini tapır. Ən əsası da hər bir dövlət məmuruna örnək olan bu addım bütün sahələrdə əsas götürülür.  

Qazaxda bu amili əldə rəhbər tutan rayon rəhbəri tərəfindən vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi də bu məqsədə xidmət edir.

Bu həftə ərzində müraciət etmiş daha 15 nəfər vətəndaşın istəyi avqustun 12-də idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə dinlənilib.


“Dövlət məmuru olaraq vəzifəmiz vətəndaş məmnunluğunu təmin etmək, onlara layiqli xidmət göstərməkdir”, - deyən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov vətəndaş məmnunluğunu təmin etməyin hər bir dövlət məmurunun vəzifə borcu olduğunu bildirib. İcra başçısı bugünkü qəbulun da bu məqsədi daşıdığını qeyd edərək vətəndaşlara olan səmimi münasibətin, göstərilən diqqət və qayğının bundan sonra da əvvəlki tək olacağını söyləyib. Bu günə kimi, şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılmasının, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsinin, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsinin, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbulların arxasında hər zaman vətəndaş məmnunluğunun dayandığını bildirib. 


"Tutduğu vəzifədən asılı olmadan hər bir dövlət məmuru çalışmalıdır ki, vətəndaş müraciət etdiyi müəssisədən məmnunluqla ayrılsın, razı qalsın”, - deyən icra başçısı qəbulda iştirak edən idarə, müəssisə, təşkilat, eləcə də xidmət sahələri rəhbərlərinə dövlət məmuru olaraq vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına qarşı hər zaman qayğı ilə yanaşmalı, daim diqqət ayırmalı, qaldırılan hər bir məsələyə həssaslıqla baxmalı olduqlarını qeyd edib. Bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. 


Sonra Qazax şəhər sakinləri Binnətova Rəna Anar qızının, Binnətova Elyana Tofiq qızının, Yusubov Əziz Teymur oğlunun, Nəbiyeva Elza Talıb qızının, Çaylı kənd sakinləri Həsənova Sənəm Əli qızının, Civişov Nicad İlham oğlunun, Quşçu Ayrım kənd sakinləri İsmayılov Musa İsa oğlu oğlunun, Bayramov Məhərrəm Hüseyn oğlunun, Ağköynək kənd sakini Musayev Ramiz Qorçu oğlunun, Yuxarı Əskipara kənd sakini Tağıyev Arif Hüseyn oğlunun, Kəmərli kənd sakini Osmanov Orxan Yaqub oğlunun, Fərəhli kənd sakini Muradova Nüşabə Fəxrəddin qızının, Ağstafa rayonu Köhnə Qışlaq kənd sakini Qasımov Rəşad Afrasiyab oğlunun, Yuxarı Salahlı kənd sakini Çıraxov Şaik Mustafa oğlunun, İkinci Şıxlı kənd sakini Vəliyev Eyvaz Teymur oğlunun müxtəlif məzmunlu müraciətləri dinlənilib. 

Vətəndaşların işlə təmin olunma ilə bağlı müraciətlərinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialı ilə əlaqə saxlamaları bildirilib. Məşğulluq Mərkəzində olan boş vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə tapşırıq verilib.

Vətəndaşların oğlunun yaşadığı evə (“Ərik bağı” adlanan ərazi) qaz, işıq və su xəttinin çəkilməsində, təhsil haqqının ödənilməsində, həyətyanı torpaq sahəsi ilə təmin edilməsində, qızının sığınacaqla təmin edilməsində və alimentinin alınmasında, özünüməşğulluq proqramına cəlb edilməsində (aktivlərlə təmin edilməsində), əkin sahəsinin suvarılmasında köməklik göstərilməsi, eləcə də digər müxtəlif məzmunlu müraciətləri müvafiq olaraq cavablandırılıb. Səslənən hər bir məsələyə həssaslıqla yanaşılacağı, diqqətlə baxılacağı bildirilib.


GOYEZEN.AZ


Geri qayıt