Əsas Səhifə > Manşet / Gənclər > İcra başçısı "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənclər düşərgəsi"nin iştirakçıları ilə görüşüb
İcra başçısı "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənclər düşərgəsi"nin iştirakçıları ilə görüşüb5-08-2022, 15:42 |
Ötən yazımızda qeyd etdiyimiz kimi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Qazax rayonunda təşkil etdiyi "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənclər düşərgəsi" davam edir. Avqustun 1-dən Qazax Olimpiya İdman Kompleksində başlayan "Gənclər düşərgəsi"ndə 15-25 yaş arası 80 nəfərə yaxın gənc iştirak edir. “Gənclər düşərgəsi”nin əsas məqsədi "Dayanıqlı İnkişaf Məqsədləri" konsepsiyası ətrafında region gənclərinin iştirakçılığını artırmaq, düşərgə iştirakçılarını qlobal müzakirələrə cəlb edərək BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmasına töhfə verməkdir. Avqustun 4-də "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənclər düşərgəsi"nin iştirakçıları Qazax rayonunun gəzməli-görməli yerləri ilə tanış olub, rayon haqqında dolğun məlumatlar əldə ediblər. Avqustun 5-də isə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri ilə birlikdə Qazax Olimpiya İdman Kompleksinə gələrək düşərgə iştirakçıları ilə görüşüb.
Geri qayıt |