Əsas Səhifə > Manşet / Rəsmi > Bu gün həftə ərzində müraciət etmiş vətəndaşlar ümumi şəkildə qəbul ediliblər

Bu gün həftə ərzində müraciət etmiş vətəndaşlar ümumi şəkildə qəbul ediliblər


22-07-2022, 17:01


Ölkəmizdə dövlət siyasətinin əsasında vətəndaş amili, vətəndaş məmnunluğu dayanır ki, bu, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğıda öz əksini tapır. Ən əsası da hər bir dövlət məmuruna örnək olan bu addım bütün sahələrdə əsas götürülür.  

Qazaxda bu amili əldə rəhbər tutan rayon rəhbəri tərəfindən vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi də bu məqsədə xidmət edir.

Bu həftə ərzində müraciət etmiş daha 21 nəfər vətəndaşın istəyi iyulun 22-də idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə dinlənilib.

“Dövlət məmuru olaraq bizim vəzifəmiz vətəndaşlara layiqli xidmət göstərməkdir”, - deyən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov vətəndaş məmnunluğunu təmin etməyin hər bir dövlət məmurunun vəzifə borcu olduğunu bildirib. İcra başçısı bugünkü qəbulun da bu məqsədi daşıdığını qeyd edərək vətəndaşlara olan səmimi münasibətin, göstərilən diqqət və qayğının bundan sonra da əvvəlki tək olacağını söyləyib. Bu günə kimi, şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılmasının, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsinin, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsinin, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbulların arxasında hər zaman vətəndaş məmnunluğunun dayandığını bildirib. 


"Tutduğu vəzifədən asılı olmadan hər bir dövlət məmuru çalışmalıdır ki, vətəndaş müraciət etdiyi müəssisədən məmnunluqla ayrılsın, razı qalsın”, - deyən icra başçısı qəbulda iştirak edən idarə, müəssisə, təşkilat, eləcə də xidmət sahələri rəhbərlərinə dövlət məmuru olaraq vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına qarşı hər zaman qayğı ilə yanaşmalı, daim diqqət ayırmalı, qaldırılan hər bir məsələyə həssaslıqla baxmalı olduqlarını qeyd edib. Bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. 

Sonra Qazax şəhər sakinləri Əsgərova Asya Əhməd qızının, şəhid ailəsi Məmmədova Hamayıl Məmməd qızının, Abdullayeva Mükafat Əli qızının, Yusifov Məhəmməd Yusif oğlunun, Mustafayev Aqil İsmayıl oğlunun, Nəcəf-Rəşidi Sara Elman qızının, Məmmədova Məhəbbət Seyfəddin qızının, Qazaxbəyli kənd sakinləri Xəlilova Şahbaz Alosman qızının, Rəhimov Fəqan Fazil oğlunun, Ağköyək kənd sakini Əmirquluyeva Dürdanə Məhəmmədəli qızının, Ürkməzli kənd sakini Orucov Mahir Azad oğlunun, Daş Salahlı kənd sakinləri, 2-ci qrup Qarabağ müharibəsi əlili Veyisov Elman Cəbrail oğlunun, Quliyev Nurəddin Cürən oğlunun, Hüseyinov Anar Göycə oğlunun, Kosalar kənd sakini Süleymanova Mətanət Zakir qızının, Yuxarı Salahlı kənd sakini Məmmədov Daşdəmir Murad oğlunun, Birinci Şıxlı kəndində yaşayan şəhid bacısı Məmmədova Ülkər Vidadi qızının, Barxudarlı kənd sakini Hüseynova Pərvanə Nurəddin qızının, Dəmirçilər kənd sakini Hüseynova Zərifə Eldar qızının, Cəfərli kənd sakini Aşırov Mehman Mərdan oğlunun, Hüseynbəyli kənd sakini Məmmədov Nazim Maqsud oğlunun müxtəlif məzmunlu müraciətləri dinlənilib. 

Vətəndaşların işlə təmin olunma ilə bağlı müraciətlərinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialı ilə əlaqə saxlamaları bildirilib. "Saloğlu” mebel fabrikində, eləcə də Məşğulluq Mərkəzində olan digər boş vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə tapşırıq verilib. 

Vətəndaşların sığınacaqla təmin edilməsində, həyətyanı torpaq sahəsinin sənədləşdirilməsində, mənzillə təmin edilməsində, müalicə olunmasında, qəyyumluğa götürülən uşağın sənədlərinin düzəldilməsində, oğlunun əlillik dərəcəsinin təyin edilməsində, əlillik dərəcəsinin bərpa edilməsində, alimentin ləğv edilməsində, özünüməşğulluq proqramına cəlb edilməsində köməklik göstərilməsi, eləcə də digər müxtəlif məzmunlu müraciətləri müvafiq olaraq cavablandırılıb. Səslənən hər bir məsələyə həssaslıqla yanaşılacağı, diqqətlə baxılacağı bildirilib.

GOYEZEN.AZ


Geri qayıt