Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı Daş Salahlı kəndində ötən gün evi yanmış ailəyə baş çəkib
İcra başçısı Daş Salahlı kəndində ötən gün evi yanmış ailəyə baş çəkib13-07-2022, 17:24 |
Bu gün əminliklə söyləyə bilərik ki, insan amili, vətəndaş məmnunluğu Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin əsasını təşkil edir. Ən əsası isə ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın xalqın, vətəndaşların arasında olmaları, onların müraciətlərini, istəklərini dinləmələri, qayğı ilə yanaşmaları hər bir dövlət məmuru üçün örnəkdir.Dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazaxda da hər zaman nümunə götürülür. Dövlət başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr rayonda olduğu kimi icra edilir. Həyata keçirilən bütün işlərdə vətəndaş məmnunluğunun təmin edilməsinə üstünlük verilir. Rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması, ən əsası da illər öncə qoyulan ənənənin bu gün də davam etdirilməsi bu dediklərimizin bariz nümunəsidir.
İyulun 9-da axşam saatlarında baş vermiş yanğın zamanı evinə ziyan dəymiş Asif Əfəndiyevin yanında olan, diqqət və qayğısını əsirgəməyən rayon rəhbəri köməklik olunacağını bildirib və bununla bağlı aidiyyəti üzrə tapşırıq verib. Asif Əfəndiyev onun ailəsinə göstərilən yüksək dövlət qayğısına görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Bu gün onun istəyini nəzərə alıb görüşə gəldiyinə və köməklik göstərilməsinə görə rayon rəhbərinə bir daha təşəkkürünü çatdırıb. Məlumat üçün qeyd edək ki, 09.07.2022-ci il tarixdə saat 17:13 radələrində Qazax rayonunun Daş Salahlı kəndində Asif Əfəndiyevə məxsus ümumi sahəsi 132 kv.m olan fərdi yaşayış evində yanğın hadisəsi baş verib. Fərdi yaşayış evində baş vermiş yanğın zamanı 2 yataq otağı, 1 qonaq otağı, 1 zal, 1 mətbəx, hamam olmaqla, evin bütün otaqlarının tavanı tamamilə yanıb, dam örtüyü və əşyaları yararsız hala düşüb. Evin 6 ədəd qapısı, 6 ədəd pəncərəsi yanıb. 1 otağın, mətbəxin və hamamın döşəməsi yanaraq yararsız vəziyyətə düşüb. GOYEZEN.AZ Geri qayıt |